Hindistanda zabit hərəkətdə olan qatara atəş açıb - Ölənlər var
Dünya xəbərləri

Hindistanda zabit hərəkətdə olan qatara atəş açıb - Ölənlər var

Hindistanda dəmiryol zabitinin hərəkətdə olan qatara atəş açması nəticəsində Dəmiryol Mühafizə Qüvvələrinin konsteblisi və daha üç sərnişin ölüb.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, cinayətkar həyəcan siqnalını basıb qatardan düşdükdən sonra polis tərəfindən həbs edilib. 

Hindistan tərəfi hadisənin səbəbinin hələ ki, müəyyən olmadığını və araşdırıldığını bildirib. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.