Honkonqda yeni qasırğa ilə bağlı xəbərdarlıq edilib
Dünya xəbərləri

Honkonqda yeni qasırğa ilə bağlı xəbərdarlıq edilib

2018-ci ildən bəri ilk dəfə olaraq Honkonq hakimiyyəti “Saola” superqasırğası səbəbindən fırtına xəbərdarlığının ən yüksək səviyyəsini - T10 xəbərdarlığı yayıblar.

"Respublika" xəbər verir ki, bu barədə " The Guardian" məlumat yayıb.

Bildirilib ki, qasırğa Honq-Konq sahilinin 40 km cənubunda baş verəcək. Hazırda superqasırğanın mərkəzi şəhərdən 60 km aralıda yerləşir.

Daha əvvəl Honkonq hakimiyyəti hadisə ilə əlaqədar olaraq 1400 polis və 300 yanğınsöndürəni yüksək hazırlıq vəziyyətinə gətirib. Şəhərdə 29 müvəqqəti sığınacaq yerləşdirilib. Şəhərin meteoroloji rəsədxanası 2018-ci ildə Mangkhut qasırğasının şəhəri vurduğu vaxtdan bəri suyun səviyyəsinin və küləyin şiddətinin ən yüksək həddə çata biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, hakimiyyət sentyabrın 1-də məktəblərdə dərsləri ləğv edib və sakinləri xüsusi zərurət olmadıqca evlərini tərk etməməyə çağırıb. Şəhərdə həmçinin 325 dəmir yolu reysi və 90-dan çox aviareys təxirə salınıb. Honkonq fond birjası da fırtına xəbərdarlığı səbəbindən ticarəti dayandırıb.

Nəzrin ELDARQIZI,

"Respublika".