DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NETANYAHU UKRAYNAYA SİLAH VERİLMƏMƏSİNİN SƏBƏBİNİ AÇIQLAYIB

İsrail Rusiya İranla bağlı iki səbəbdən silahlarını Ukraynaya göndərmək niyyətində deyil. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

Eyni zamanda, baş nazir qeyd edib ki, Ukraynaya hərbi yardım məsələsində İsraillə bağlı xüsusi durum var, bu, Polşa, Almaniya, Fransa Kiyevin digər tərəfdaşlarının vəziyyətindən fərqlənir.

Bizim Rusiya ilə yaxın hərbisərhədimiz var. Pilotlarımız Suriya səmasında rus pilotlarının yanında uçur. Düşünürəm ki, İranın şimal sərhədimizdə hərbi mövqelər yaratmaq cəhdlərinə qarşı fəaliyyət azadlığımızı qoruyub saxlamağımız vacibdir”, - deyə Benyamin Netanyahu vurğulayıb.

Baş nazirin sözlərinə görə, Ukraynaya silah verilməməsinin ikinci səbəbi onların döyüş meydanında rusların qənimətinə çevrilməsi daha sonra İrana veriləcəyi bu silahlardan İsrailin özünə qarşı istifadə etməyə çalışacağı məsələsidir.

Bu, nəzəri ehtimal deyil. Bu, indi sərhədlərimizin yaxınlığında gördüyümüz Qərbin tank əleyhinə silahları ilə baş verənlərdir. Ona görə burada çox diqqətli olmalıyıq”, - deyə İsrailin baş naziri əlavə edib.

 

ƏLCƏZAİRİN XİN BAŞÇISI: FRANSA DAXİLİ İŞLƏRİMİZƏ QARIŞA BİLMƏZ

Fransanın Əlcəzairin daxili işlərinə qarışmaq hüququ yoxdur”. “Reportagentliyinin məlumatına görə, bunu Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Romaya rəsmi səfəri zamanı İtaliyanınNovaxəbər agentliyinə müsahibəsində bildirib.

Əlcəzairli nazir Fransa xarici işlər naziri Ketrin Kolonnanın bu ölkənin dövlət himninin sözlərinə yenidən baxılması ilə bağlı çıxışındanheyrətləndiyinibildirib.

Fransadakı bəzi partiyalar ya siyasətçilər Əlcəzairin siyasi məqsədlər üçün asan bir mövzuya çevrildiyi təəssüratındadırlar”, - deyə Əlcəzairin XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Əlcəzairin dövlət himninə əlavə edilmiş bənddə Fransa hesablaşma günüilə bağlı ifadə var. Əlcəzairin dövlət himni 1962-ci ildə qəbul edilib. Bu bənd Parislə gərginlik yaratmamaq məqsədilə himndən çıxarılsa da, sonradan yenidən əlavə olunub.

 

OBAMADAN HİNDİSTANA MÜSƏLMANLARLA BAĞLI XƏBƏRDARLIQ

ABŞ prezidenti Cozef Bayden görüşdüyü Hindistan baş naziri Narendra Modi ilə əksəriyyəti hindlilərin təşkil etdiyi Hindistanda müsəlman azlığın qorunmasından danışmalıdır”. “Teleqraf.comun xəbərinə əsasən, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama bildirib.

Keçmiş dövlət başçısının sözlərinə görə, ABŞ prezidentlərinin xarici liderlərlə insan haqları barədə danışması məsələsi mürəkkəbdir, əlaqələrdə iqtisadi təhlükəsizlik maraqları da nəzərə alınır. Bununla belə, Obama Baydenin Modi ilə görüşündə Hindistanda müsəlman azlığın qorunmasının qeyd olunmağa dəyər bir məsələ olduğunu vurğulayıb.

Baş nazir Modi ilə görüşsəydim, arqumentlərimin bir hissəsi belə olardı: Hindistanda etnik azlıqların hüquqlarını qorumasanız, Hindistanın vaxtsa parçalanmağa başlaması ehtimalı yüksəkdir”, - deyə Obama əlavə edib.

Məlumat üçün qeyd edək ki, amerikalı demokrat konqresmenlər, o cümlədən ABŞ-da yaşayan müsəlmanlar Hindistanda insan haqları ilə bağlı duruma görə Narendra Modinin Konqresdəki çıxışını boykot ediblər.

 

TİTANIN QALIQLARI OKEANIN 4 KİLOMETR DƏRİNLİYİNDƏ TAPILIB

Atlantik okeanındaTitanikgəmisinin qəzaya uğradığı yerə 18 iyunda turistik ekspedisiyaya gedərkən yoxa çıxan sualtı qayıq tapılıb. “TRTtelekanalının verdiyi xəbərə görə, sualtı qayıqda olan 5 nəfər həlak olub.

ABŞ Sahil Mühafizəsi Xidməti səlahiyyətliləri sualtı qayığın təzyiq nəticəsində partladığını parçalandığını bildirib. Parçalar okeanın 4 kilometr dərinliyində, “Titanikgəmisinin dağıntılarından 488 metrlik məsafədə aşkar edilib.

The Wall Street Journalqəzetinin məlumatına görə, ABŞ Hərbi Dəniz Donanmasının gizli səs sistemiTitansuya girəndən az sonra partlayış səsini aşkar edib.

Xatırladaq ki, təxminən 6,5 metr uzunluğunda olan 5 sərnişini ilə yola çıxan sualtı qayıqTitanikin dağıntılarına turistik səfər üçün iyunun 18- 96 saatlıq oksigen tədarükü ilə suya enmişdi.

 

MİXEİL SAAKAŞVİLİ: RUSİYA UKRAYNAYA QARŞI NÜVƏ SİLAHINDAN İSTİFADƏ EDƏCƏK

Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək. Çox güman ki, bu, Ukrayna Silahlı Qüvvələri Krıma daxil olanda baş verəcək”. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili bildirib.

Keçmiş prezidentin sözlərinə görə, ABŞ-ın dövlət başçısı Cozef Bayden bu yaxınlarda nüvə silahının mümkün istifadəsi ilə bağlı son dərəcə ciddi bəyanat verib.

Hesab edirəm ki, Putinin son aylarda atdığı addımlar qırmızı düyməni basmağa hazırlıqdır. Bəzilərinin Ukraynanın hücumuna şübhə ilə yanaşmasına baxmayaraq, rəsmi Moskva dəqiq bilir ki, silahlı qüvvələrin hazırkı imkanları ilə 100 kilometr enində olan Azov dəhlizini saxlaya bilməyəcəklər, gec-tez müdafiələri yarılacaq”, - deyə Saakaşvili vurğulayıb.

Hazırda həbsdə olan keçmiş prezident Ukrayna ordusunun Krım körpüsünü dağıdaraq yarımadanın girişində dayanacağına inandığını qeyd edib. Onun sözlərinə görə, “bu zaman rus ordusu məhvə məhkum olacaq”.

Eyni zamanda, Gürcüstanın eks-prezidenti Putinin Polşanın Rzeşov şəhərindəki ən böyük logistika mərkəzinə taktiki nüvə silahı ilə zərbə endirmək əmri verə biləcəyini istisna etməyib.

 

TÜRKİYƏSÜPER ŞİMŞEKPUA-sının UÇUŞ SINAQLARINA HAZIRLAŞIR

Türkiyənin TUSAŞ aerokosmik şikrəti tərəfindən yaradılanSüper Şimşekpilotsuz uçuş aparatı 2023- ilin sentyabr ayında ilk uçuşunu həyata keçirəcək. “Trendagentliyinin məlumatına görə, bu barədəTUSAŞın PUA-lar üzrə baş mühəndisi Özgür Sayın jurnalistlərə açıqlamasında bəyan edib.

Verilən xəbərə əsasən, “Süper Şimşek” “AKSUNGURPUA- ilə birlikdəParis Air Show” sərgisində nümayiş etdirilib.

Qeyd edək ki, TUSAŞ şirkəti tərəfindən yaradılanSüper Şimşekpilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemlərinin inkişafı üçün hazırlanıb müvafiq personalın təlimlərində istifadə ediləcək.

Bununla yanaşı, “Süper Şimşeköz gücü daxilində radioelektron mübarizə sistemləri ilə təchiz olunmaqla havadan yerə, havadan havaya hücum missiyalarını yerinə yetirə, qurudakı düşmən sistemlərini aşkar edə, onları məhv edə biləcək.

 

ALMANİYADA FIRTINA CİDDİ FƏSADLAR TÖRƏDİB

İyunun 22-si, günorta saatlarından davam edən fırtına Almaniyanın bir çox əyalətində dağıntılara səbəb olub. Bu barədə ölkənin Hessen əyalətinin Nəqliyyat NazirliyindənReportagentliyinə bildirilib.

Məlumata görə, yağan güclü yağışlar nəticəsində yaranan sel suları mərkəzi küçələrə dolub nəqliyyatın hərəkətini iflic edib. Qatar reyslərində gecikmələr olub, bəzi regional səfərlər təxirə salınıb.

Nazirliyin açıqlamasına əsasən, şiddətli fırtına səbəbi ilə əyalətin bütün güc strukturları, yanğınsöndürənlər, təcili yardım briqadaları gücləndirilmiş rejimində çalışırlar.

Lakin bütün bunlara baxmayaraq, hələ bəzi yolları təmizləmək nəqliyyatın hərəkətinə açmaq mümkün olmayıb. Güclü yağışın davam etməsi dəmiryollarının təmizlənməsi işini ləngidir. Mərkəzi küçələrdə üzərinə ağac aşan avtomobillərin ərazidən çıxarılması işi sürətlə davam edir”, - deyə qurumun açıqlamasında vurğulanır.

Fırtına hava limanlarının fəaliyyətində problem yaradıb. Ölkə üzrə 100-dən çox səfər təxirə salınıb. Sərnişinlər havalimanlarında gecələmək məcburiyyətində qalıblar.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.