İslamofobiya ilə mübarizəyə dair beynəlxalq Bakı konfransı işini başa çatdırıb
Siyasət

İslamofobiya ilə mübarizəyə dair beynəlxalq Bakı konfransı işini başa çatdırıb

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən "İslamofobiya irqçiliyin ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans martın 16-da işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə bir plenar üç aralıq sessiyası keçirilib.

"Müstəmləkəçilik, yeni imperializm islamofobiyanın kəsişməsi: tarixi müasir perspektivlər" mövzusunda plenar sessiyaya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib.

İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mutəzz Muhi Əbdülhəmid tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilər tərəfindən məscidlərin dağıdıldığını, bəzi ibadət yerlərinin donuz fermasına çevrildiyini demişdi. "Mən həmin torpaqlara səfər edərkən bunu gözlərimlə görmüşəm. Biz bəzi ərəb mətbuat nümayəndələrinin ikili hərəkətlərini qəbul edə bilmərik. Ermənilərin Qarabağda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları ermənilərin necə qəddar olduqlarını göstərir. Ermənilər mülki insanların üzərinə bomba yağdırırdı, müharibəyə yaraşmayan hərəkətlər nümayiş etdirirdi. Erməni tərəfi dünya mediasına həqiqətləri əks etdirməyən məlumatlar verirdi", - deyən Mutəzz Muhi Əbdülhəmid Azərbaycanla çox möhkəm əlaqələrinin olduğunu qeyd edib, AZƏRTAC-ı mütəmadi izlədiyini ölkəmizlə bağlı dəqiq məlumatları əldə etdiyini diqqətə çatdırıb".

Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri bildirib ki, müsəlmanlara qarşı yönəlmiş ikili siyasət bir çox ölkələrin əsas prinsiplərinə çevrilib. İslam peyğəmbərinin karikaturalarının çəkilməsi, müsəlmanlara qarşı təzyiqlər qəbuledilməzdir. Müsəlman cəmiyyətlərində mədəni dini aspektlərdə qarşılıqlı hörmətə əsaslanan əlaqələr inkişaf etdirilməli, alçaldıcı hərəkətlərə yol verilməməlidir.

Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirovun sözlərinə görə, müsəlmanların öz dininə bağlılığı bir çox ölkələrdə narahatlıqlar yaradır. Ermənilər daim müsəlmanlar arasında fitnə yaradıblar, onlara qarşı məkrli hərəkətlər nümayiş etdiriblər. Müsəlman ölkələrində xristianlar daim sülh içində rahat yaşayıblar. Bu da İslam dininin tərbiyəsindən irəli gəlir. Qeyd edilib ki, bu gün bir çox ölkədə xüsusilə Fransada müsəlmanlara qarşı qəddar siyasət həyata keçirilir tarixən fransızlar hər zaman müsəlmanlarla bu cür qeyri-insani rəftar ediblər. Misirdə, Əlcəzairdə edilən hərəkətlər buna sübutdur.

"Wilfrid Laurier" Universiteti, Sosiologiya Müsəlmanşünaslıq üzrə professor Jasmin Zin qeyd edib ki, islamofobiya hazırkı günümüzdə dözülməz həddə gəlib çıxıb. Dünyanın bir çox yerində müsəlmanlar güllələnir ya digər alçaldıcı hərəkətlərə məruz qalırlar. Xüsusilə qadınlar daha çox hədəf götürülüb. Müsəlmanlar Fransa bəzi ölkələrdə neqativ insanlar kimi göstərilir. Gender məsələsində, həmçinin müsəlman qadınlarının geyimləri terrorist geyimi olaraq qələmə verilir cəmiyyətə aşılanır. Bu da təbii ki, yolverilməz haldır.

Sinqapur "Nanyanq" Texnoloji Universitetinin dosenti Kamaluddin Mohamed Nasir isə nitqində dünyada islamofobiya ilə mübarizə üsullarında musiqi janrı sayılan "Hip-Hop"un effektiv olduğunu vurğulayıb. Bu tərzdə fikirləri çatdırmağın daha da effektiv olduğunu iştirakçıların diqqətinə çatdırıb. İnsan hüquqları, mülki hüquqlardan bəhs edən musiqilərə insanlar tərəfindən böyük rəğbət olduğu qeyd edilib.

***

Bakı konfransında "İslamofobiya mediada nifrət çağırışları" mövzusu müzakirə edilib

Beynəlxalq konfrans çərçivəsində "İslamofobiya mediada nifrət çağırışları" mövzusunda aralıq sessiya keçirilib.

Azərbaycan Televiziyasının sədr müavini Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən aralıq sessiyada çıxış edən "TRT World" Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui son 30-40 il ərzində islamofobiya sahəsində çox tədqiqatların aparıldığını deyib. Bildirib ki, bu tədqiqatlar faydalı olması ilə yanaşı, məhdud idi. İslamofobiya indi geniş vüsət alıb. Artıq biz tam fərqli səviyyəyə çıxmalıyıq. İslamofobiyanın mövcudluğu artıq faktdır. Tədqiqatlarda biz məhz medianın bunu necə qələmə verdiyinə baxmalıyıq.

Tarık Çerkaui, həmçinin bildirib ki, mövcud çərçivələr dərin kök salmış inanclar üzərindən qurulub. İnanc miflər istənilən cəmiyyətdə formalaşıb. Zaman keçdikcə əsas çərçivə müəyyən prinsiplərə bağlı olur. Bunlar insanların şüurunda dərin kök salır. "Azərbaycanda digər ölkələrdə islamofobiya ilə mübarizə istiqamətində müxtəlif tədbirlər keçirilir. Amma, eyni zamanda, bununla bağlı media sahəsindəki insanlarla təlimlər təşkil edilməlidir", - deyə Tarık Çerkaui qeyd edib.

Qlobal media kommunikasiya üzrə professor İdil Osmanın sözlərinə görə, 11 sentyabr terror aktları Qərb mediasında İslam dini ilə bağlı düşüncələri alt-üst elədi. İslam dini fərqli şəkildə qələmə verildi. Müsəlmanların Qərbi məhv etmək, onun mədəniyyətini dağıtmaq istədikləri düşünülür. Onlar fikir azadlığına bir təhdid kimi görülür.

İslamofobiyaya qarşı mübarizə yolları barədə fikirlərini səsləndirən İdil Osman qeyd edib ki, qeyri-müsəlman icmaları ilə daha çox əməkdaşlıq etmək lazımdır. Eyni zamanda, müsəlman cəmiyyətləri ilə əlaqələr daha da genişləndirilməlidir: "Praktiki olaraq daha çox müsəlman mediasının nümayəndələri Qərbə getməli, orada çalışmalıdırlar. Bu məsələdə sosial media plaftormalarının da əhəmiyyəti olduqca böyükdür. Bundan maksimum faydalanmalıyıq. Müsəlman icmaları ilə kütləvi şəkildə işlənilməlidir", - deyə İdil Osman vurğulayıb.

Qətərdən olan Baş araşdırma mütəxəssisi Kərim Məcri müxtəlif ölkələrdə islamofobiyaya qarşı mübarizədə daha çox qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Deyib ki, bu, daha səmərəli yanaşma hesab olunur. İnsanların inancları başqalarının inancları ilə müqayisədə aşağılanmamalıdır. Ona hörmətlə yanaşılmaldır.

"Düşünürəm ki, gənc müsəlmanlara daha çox dəstək vermək lazımdır. Onlar media sahəsində daha aktiv olmalıdırlar. Müsəlmanlar hazırkı günümüzdə bir çox ölkədə yaxşı vəzifələr tutmağa başlayıblar. Etik jurnalist düzgün dürüst reportaj hazırlamalıdır. Jurnalistlər məlumatı araşdırmalı, dəqiqliyə əmin olmalıdırlar. Media nümayəndələri savadsızlıq nümayiş etdirməməlidirlər. Yaydıqları məlumatların kimi nəticələr verəcəyini öncədən müəyyənləşdirməlidirlər. Jurnalistlər öz xidmətlərinin məsuliyyətini başa düşməlidirlər", - deyə Kərim Məcri diqqətə çatdırıb.

ADA Universitetində Media Kommunikasiya üzrə proqram direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Azərbaycanda din dövlətdən ayrıdır, buna baxmayaraq, dinlə məşğul olan adamlar dövlətə daim ehtiramını bildirib, ona sadiq olublar. Son illər ərzində Azərbaycan dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün dindarlara hər bir şəraiti yaradıb.

Onun sözlərinə görə, Qərb mediasında 2011-2015-ci illərdə hansısa təcavüzü müsəlman törətsəydi bu beş dəfə daha çox qabardılırdı cəmiyyətdə müsəlmanlara qarşı gərginliklər yaradırdı bu sahədə ekspertlər görməli, təhlillər aparmalıdırlar. "Qurani-Kərim"in yandırılması, Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsinə fikir azadlığı demək olmaz. İfadə azadlığı qorunarkən digər insanların haqları alçaldıla bilməz. Təhqiramiz hərəkətlər mütləq cəzalandırılmalıdır.

Şəfəq Mehrəliyeva, həmçinin müsəlman jurnalistlərin daha çox maariflənmələrinin tədqiqatlar həyata keçirmələrinin vacibliyini qeyd edib.

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar Qərbi azərbaycanlıların türk müsəlman olduğuna görə öz dədə-baba yurdlarından ermənilər tərəfindən qovulduğunu vurğulayıb. Qeyd edib ki, azərbaycanlılar indiki Ermənistan ərazisindən bir neçə dəfə didərgin salınıb, öldürülüb, işgəncələrə məruz qalıblar. İslamofobiyaya misal olaraq Qərbi Azərbaycanda 300-ə yaxın dağıdılmış məscidi göstərmək olar. "Didərgin düşmüş insanlar sülh yolu ilə öz torpaqlarına qayıtmaq istəyirlər. Bununla bağlı dünya ictimaiyyətinə, həmçinin Ermənistan baş naziri Nikol Paşinyana müraciət ünvanlamışıq. 1988-ci ildə 300 min azərbaycanlının 11 gün ərzində Qərbi Azərbaycandan qovulması sadəcə dəhşətdir. Ermənistan bu insanların öz yurdlarına qayıtmasını istəmir insan hüquqlarının pozulduğunu nümayiş etdirir, onların mediası da səhv məlumatlarla Qərb ictimaiyyətini yanlış yönləndirir", - deyə Ülviyyə Zülfiqar diqqətə çatdırıb.

***

İkinci aralıq sessiyası: İslamofobiyaya qarşı mübarizədə birgə əməkdaşlıq beynəlxalq təşkilatların rolu

Konfrans çərçivəsində "İslamofobiyaya qarşı mübarizədə birgə əməkdaşlıq beynəlxalq təşkilatların rolu" mövzusunda ikinci aralıq sessiyası təşkil olunub.

Sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilib.

Çıxış edən İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Əli Acıkgül qeyd edib ki, dünyanın bir sıra ölkələrində İslam dünyasına nifrət dolu çıxışlar, onların müsəlmanların müqəddəslərinə qarşı təhqiramiz hərəkətləri qəbuledilməzdir. Bəzi kinolarda şəkillərdə müsəlmanlar terrorist kimi göstərilir. Bu isə qərb ölkələrinin ikiüzlülüyüdür. O bildirib ki, bir sıra ölkələrdə dini inanclar alçaldıcı rəftara məruz qalırlar. İfadə azadlığı çərçivəsində digər insanların həyat tərzini dini inancını alçaltmaq olmaz.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham iştirakçıların diqqətinə çatdırıb ki, islamofobiya dünyada əsas problemlərdən biridir. Müsəlmanlar elmi biliklərini artırmalı, əlaqələrini daha da genişləndirməlidirlər.

Səfir, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Tasnim Aslan qeyd edib ki, islamofobiyanın yayılma səbəblərini bilmək lazımdır. Tarixdə bir çox qərb ölkələri tərəfindən müsəlmanların təbii sərvətləri torpaqları barbar şəkildə talan edilib. İslam dünyası qərb ölkələri arasında hər zaman rəqabət olub. Bir çox ölkələrdə 20 ildir antiislam kitablar yazılmaqdadır bu, davam edir. Təəssüflər olsun ki, müsəlmanlara qarşı alçaldıcı hərəkətlər getdikcə artır bəzi hökumətlər buna göz yumur. Maariflənmiş müsəlmanlar irəli çəkilməli beynəlxalq təşkilatlarda aktiv iştiraka təşviq edilməlidir.

Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat üzrə rəhbəri Bülənt Aras islamofobiya müsəlmanlara qarşı postmüstəmləkə dövrünün tarixindən danışıb. O bildirib ki, islamofobiya bəzi ölkələri bürümüş ağır xəstəlikdir. Müsəlman ölkələri arasında olan münasibətlər daha da gücləndirilməli, sağlam əlaqələr qurulmalıdır.

***

Dini müxtəlifliyi təşviq etməklə harmonik cəmiyyətlərin qurulması

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə keçirilən sonuncu aralıq sessiyada çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dünyada bənzəri olmayan dinlərarası həmrəyliyin mövcud olduğunu deyib. Qeyd edib ki, dünyəvi demokratik Azərbaycanda müxtəlif dinin nümayəndələri qardaşlıq, dostluq şəraitində yaşayırlar. Onlar dövlət qayğısı ilə təmin olunublar.

İslam Peyğəmbərinin təhqir olunması hallarının davam etdiyini vurğulayan şeyxülislam bildirib ki, xüsusilə Fransada antiislam meyilləri getdikcə kəskinləşir. Erməni terror şəbəkəsinin təməlinin məhz Fransada qoyulduğunu vurğulayan Allahşükür Paşazadə deyib: "Din adından sui-istifadə olunmasından irəli gələn təhlükələrin nifrət çağırışlarının, milyonlarla insan üçün təhqir hallarının qarşısının alınması olduqca zəruridir. Dini zəmində qarşıdurmaya çağırış hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən qınanmalıdır".

Misirin Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Negm çıxışında bildirib ki, islamofobiya tarix boyu olub gələcəkdə mövcud olacaq. İslamofobiya ilə mübarizədə səylərin birləşdirilməsinin önəmini qeyd edən İ.Negm deyib: "Bakıda keçirilən bu konfrans birliyimizi dünyaya göstərə biləcəyimiz bir vasitədir. İnanıram ki, bu konfransın sonunda konkret tədbirlər planı qəbul ediləcək biz onun icrası ilə islamofobiyanın qarşısını ala biləcəyik".

İndoneziyanın Müasir Dini Məsələlər üzrə Fətva Şurasının nümayəndəsi xanım İffatul Umniati İsmayıl Bakı konfransında iştirakdan məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Avropa digər cəmiyyətlərdə islamofobiya hallarının artmasına bəzən müsəlmanların həmin ölkələrin mədəniyyətlərinə lazımi səviyyədə adaptasiya ola bilməmələri təsir göstərir. "Biz islamofobiyaya qarşı mübarizə üçün müasir yanaşma dəyərləri qəbul etməliyik. Eyni zamanda, müsəlmanlar öz dəyərlərinə sadiq qalmalıdırlar. Burada təsiredici amillər mövcuddur. İslam haqqında düzgün imic formalaşdırmaqla islamofobiyaya qarşı ciddi mübarizə apara bilərik. Bu işdə diplomatların da üzərinə böyük məsuliyyət düşür", - deyə xanım İffatul Umniati İsmayıl əlavə edib.

Türkiyənin Diyarbəkir-Mardin mitropoliti Saliba Özmən əvvəlcə ölkəsində Suriyada baş vermiş zəlzələdən, onun nəticələrindən bəhs edib, bu cür fəlakətlər zamanı dünyanın birliyinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hər bir ölkənin inancı onun gözəlliyidir. Başqalarının dininə, inancına hörmətsizlik insanlığa qarşı düşmənçilikdir. Saliba Özmən Mardin şəhərinin sosial, dini mədəni müxtəlifliklərlə zəngin bölgə olduğunu vurğulayıb.

EULEMA Avropa Müsəlman Liderləri Şurasının sədri, İtaliyanın COREIS Dini İcmasının vitse-prezidenti, ICESCO-nun Dialoq üzrə səfiri Yahya Pallaviçini qeyd edib ki, "İslamafobiya" kimi elmi termin yoxdur. Onun sözlərinə görə, bu, patologiya ya psixoz deyil. İslamın patologiya psixozla heç bir əlaqəsi yoxdur. Avropa təsisatları bu terminə yenidən baxmaq qərarına gəliblər. Yahya Pallaviçini bildirib ki, 2008-ci ildə başlayan "Bakı prosesi"ndə mədəniyyətlər dinlərarası yeni yanaşma, əməkdaşlıq, dialoq formalaşdı. İslamofobiya tədqiq edilərkən Qərb Şərq arasında hansısa münasibətlər araşdırılır. Bunun nəticəsində qütbləşmə yaranır. Bir tərəf pislənir, digəri təriflənir. Bu qütbləşmə nəticəsində İslam dinini pisləməyə çalışırlar. "Bakı prosesi" Şərq Qərb arasında əməkdaşlığı, hörməti barışığı formalaşdırmağa çalışırdı.

Tbilisi İlahiyyat Akademiyası Seminariyasının rektoru Georgi Zviadadze diqqətə çatdırıb ki, bu gün dini liderlərin proseslərə təsiri artmaqdadır. Siyasətçilər başa düşür ki, dini liderlərə böyük ehtiyac var. Dini liderlərin iştirakı sivilizasiyalararası dialoqun formalaşmasında olduqca əhəmiyyətlidir. Sülh şəraitində, birlikdə yaşamaq üçün bu proses olduqca vacibdir. "Bütün dinlərdə radikal qruplar var. Onların hərəkətləri müəyyən münaqişələrə gətirib çıxarır. Belə hallarda dini liderlərin rolu unudulur, lakin bu nəzərə alınmalıdır", - deyən Georgi Zviadadze vurğulayıb ki, islamofobiya sərhəd tanımır, amma o qəbuledilməz mənfur bir prosesdir. Terrorçuluğu heç bir dinlə, xalqla eyniləşdirmək olmaz. Bu, düzgün deyil, islamofobiyanın əsasları yoxdur. Ona yalnız sülh vasitəsilə cavab vermək lazımdır.

Sonda Birgə Kommünike qəbul olunub.