İsrail müdafiə sahəsində tarixinin ən böyük müqaviləsini reallaşdırmaq üzrədir
Dünya xəbərləri

İsrail müdafiə sahəsində tarixinin ən böyük müqaviləsini reallaşdırmaq üzrədir

ABŞ İsrailə Almaniya dövlətinə 3,5 milyon dollar həcmində hava hücumundan müdafiə sisteminin satılması barədə razılıq verib.

“Respublika” “The Washington” nəşrinə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları İsrailin Almaniyaya “Arrow-3” hava və raket hücumundan müdafiə sistemlərinin tədarükünə yaşıl işıq yandırıb.

Açıqlamada İsrail Müdafiə Nazirliyi, Almaniya Federal Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi arasında 3,5 milyard dollarlıq tarixi müqavilənin imzalanacağı bildirilib.

Nazirlik bunun İsrailin indiyə qədərki ən böyük müdafiə sazişi olacağını bildirib. Bu arada, “Arrow-3” İsrail və Amerika Birləşmiş Ştatlarının birgə istehsalıdır.

Tacir SADIQOV,

"Respublika".