İtaliyanın cənubunda miqrantları daşıyan qayıq qəzaya uğrayıb
Dünya xəbərləri

İtaliyanın cənubunda miqrantları daşıyan qayıq qəzaya uğrayıb

İtaliyanın cənubunda, Siciliya boğazında gəminin qəzaya uğraması nəticəsində 41 miqrant həlak olub.

"Respublika" "BBC" nəşrinə istinadən bildirir ki, avqustun 3-də Tunisdən yola düşən gəmidə 45 nəfər olub.

Hadisə nəticəsində sağ qalan dörd nəfər danışıb. Onlar Rimona teploxodu ilə xilas olunduqlarını, daha sonra sahil mühafizəsinin patrul katerində Lampeduza adasına yola salındıqlarını deyiblər.

Qeyd edək ki, İtaliya hökuməti qanunsuz miqrant axınının qarşısını almağa çalışır. İtaliyanın Nazirlər Kabineti qanunsuz insan daşınması ilə mübarizəni, o cümlədən, bu cür hallara görə cəza tədbirlərini sərtləşdirib.

Tacir SADIQOV,

"Respublika".