Köç karvanları Kəsəmənə dönəcək
Digər xəbərlər

Köç karvanları Kəsəmənə dönəcək

Tarixi Azərbaycan torpaqları olan Qarabağ Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin dəyişdirilməsi, 1905-1918-ci illərdə azərbaycanlı əhalisini qorxutmaq qovmaq məqsədi, kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953- illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

 

Məlum olduğu kimi, erməni şovinistləri zaman-zaman havadarlarının köməyi ilə Qərbi azərbaycanlılara qarşı deportasiya soyqırımı həyata keçirmişlər.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlamışdır. Burada erməni dövləti yaratmaq niyyəti güdən Rusiya erməniləri başlıca olaraq Azərbaycan, İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə köçürmüşdür. Bu proses 1441-ci ildə erməni katolikosluğunun Kilikiyadan Azərbaycanın Qaraqoyunlu dövlətinin ərazisinə - Üçkilsəyə köçürülməsindən sonra başlamışdı. Qriqoryan kilsəsi müxtəlif vaxtlarda Azərbaycan türklərinə məxsus torpaqları ələ keçirmiş zaman-zaman ermənilər burada yerləşdirilmişdir.

XVIII əsrin sonlarında İrəvan xanlığı ərazisində yaşayan ermənilərin sayca az olduğunu ört-basdır etmək üçün Rusiyaya göndərilən məktublarda onların sayını süni şəkildə artırdılar. İrəvan bölgəsində ermənilərin azlıq təşkil etməsi Rusiya imperiyasının İran Osmanlı sərhədlərində xristian dövləti yaratmaq siyasətinə mane olurdu. Elə bu səbəbdən Azərbaycanın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusiya imperiyası erməniləri kütləvi şəkildə Rusiya tabeliyində olan torpaqlar adı altında Azərbaycanın keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində Qərbi azərbaycanlılara məxsus olan digər torpaqlarda yerləşdirdi. Rusiya imperiyasının həyata keçirdiyi bu cinayət Azərbaycanın qədim tarixi torpaqlarında gələcəkdə ermənilərə dövlət yaradılması məqsədi daşıyırdı.

1895-ci ilin iyununda Nyu-Yorkda "böyük Ermənistan" yaratmaq məqsədi güdən "Erməni vətənpərvərlər ittifaqı" təşkilatı meydana gəldi. Yaradılan bu təşkilatların məqsədləri Türkiyənin müəyyən əyalətləri, Qafqazdan Göyçə, Zəngəzur, Qarabağ digər əraziləri qoparmaq hesabına "böyük Ermənistan" dövləti qurmaq idi.

1905-1907-ci illərdə erməni vandalları Qərbi Azərbaycanda dinc əhaliyə qarşı analoqu olmayan vəhşiliklər törətdilər. Terror, şantaj, separatçılıq yolunu seçmiş haylar onların faşist ideyalı "Daşnaksütyun" partiyası Qərbi Azərbaycan torpaqlarında qırğınlar törədir, öz mənfur məqsədlərinə nail olurdular.

Ermənilər Birinci Dünya müharibəsi dövründə daha da fəallaşdılar. "Daşnaksütyun" partiyası tərəfindən hələ 1912-ci ildə yaradılmış "Erməni milli bürosu" ermənilərin Rusiya tərəfindən müharibədə aktiv iştirak etməsi üçün geniş kampaniyaya başladı. "Milli büro"nun tərkibinə Tiflis erməni burjuaziyasının rəhbəri yepiskop Mesrop, daşnak partiyasının fəal üzvü A.Xatnsov, 1918-1920-ci illər daşnak hökumətinin başçısı Zavriyev, Samson Arutyunov, Dro avantürist Andranik daxil idi. Qeyd etmək lazımdır ki, ermənilər 1918-1920-ci illərdə İrəvanda, Zəngəzurda, Amasiyada, Göyçə mahalında, Vedidə, Zəngibasarda, Loru-Pəmbək mahalında, Dərələyəzdə Qərbi Azərbaycanın ayrı-ayrı ərazilərində soydaşlarımıza qarşı qırğınlar törətmiş, günahsız insanlar amansızlıqla qətlə yetirilmiş, kəndlər dağıdılmışdı. İnsanlar zülmdən qurtarmaq üçün Türkiyəyə, İrana, Gürcüstana digər ərazilərə baş götürüb getmişdilər.

1929-cu ildə Nüvədi daha 11 kənd zorla Ermənistana verildi. 1948-1953- illərdə Qərbi Azərbaycandakı soydaşlarımız böyük çətinliklə üzləşdi. Hələ 1943- ildə üç dövlətin - SSRİ, ABŞ İngiltərənin Tehran konfransında sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ xarici işlər naziri V.Molotova müraciətində xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ- köçürülməsinə icazə versinlər. V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir. Q.Harutyunov bu fürsətdən istifadə edərək xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur. Beləliklə, 150 min azərbaycanlı "könüllülük" adı altında Qərbi Azərbaycandan Kür-Araz ovalığına digər ərazilərə yerləşdirilir beləliklə soydaşlarımız erməni xəyanəti nəticəsində deportasiyaya məruz qalır.

1970-1980-ci illərdə artıq SSRİ getdikcə zəifləyirdi. Xalq arasında kommunizm utopiyasına inam azalırdı. Bu dövrdə Moskvadakı erməni lobbisi M.Qorbaçovu öz toruna salmışdı. Ermənilər həmişə olduğu kimi, SSRİ hökumətinin dağılmasında detanator rolunu oynadılar. 1988-ci ildə Qərbi azərbaycanlılar yenidən deportasiyaya məruz qaldılar. Qışın şaxtalı, çovğunlu günlərində 300 mindən çox azərbaycanlı qədim Oğuz yurdundan, ata-baba torpaqlarından qovuldu. Qərbi azərbaycanlıların Ermənistandan qovulmasına 1997-ci ildə Prezident Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmiş bu tarixi cinayət dünya xalqlarına çatdırılmışdır.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar tarixi torpaqlarından didərgin düşmüşlər. Onların hər birinin qəlbi Vətən, yurd eşqi ilə döyünür. Mən uzun illərdir ki, Novosibirski vilayətində yaşayıram. Atalar məsəli var: "Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır". Yuxum ərşə çəkilib. Rəva bilmirəm ki, vaxtilə "Yallı" getdiyim yerlərdə erməni dığaları at oynatsın, rəva bilmirəm ki, Göyçə gölünün nəğməli sahillərində faşist xislətli haylar gəzsin. Bərk darıxıram, yəqin ki, günlərin bir günündə doğma kəndim Kəsəmənə dönəcəyəm...

Xalqımız 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad oldundu.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Ölkə başçısının dediyi kimi, indi ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Qayıdış Konsepsiyası əsasında yurd həsrətli insanlar geri dönəcək. Erməni şovinistləri bunu istəsə , istəməsə ...

          Eyyub ABBASOV,

                      adamı.