Kolumbiyada zəlzələ baş verib
Dünya xəbərləri

Kolumbiyada zəlzələ baş verib

Kolumbiyada 5,7 bal gücündə zəlzələ baş verib.

"Respublika" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, seysmik hadisənin episentri əhalisi 10 min nəfər olan Tado şəhərindən beş km şimal-qərbdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur. 

Nəzrin ELDARQIZI,

"Respublika".