Kramatorsk şəhərində kafenin raketlə vurulması nəticəsində ölənlərin sayı səkkizə çatıb
Dünya xəbərləri

Kramatorsk şəhərində kafenin raketlə vurulması nəticəsində ölənlərin sayı səkkizə çatıb

Rusiyanın iyulun 27-də Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 8-ə yüksəlib. Ölənlər arasında 3 uşaq var. Dağıntılar altında hələ də dinc sakinlərin qalması ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib.

“Səhər saatlarına olan məlumata görə, üçü uşaq olmaqla səkkiz nəfərin öldüyü məlumdur. Daha 56 nəfər xəsarət alıb”, - deyə nazirlikdən bildiriblər.

Xilasetmə işlərinə bütün ixtisaslaşmış xidmətlərin əməkdaşları - xilasedicilər, psixoloqlar, polis tibb işçiləri, partlayıcı maddələr üzrə ekspertlər, müstəntiqlər və məhkəmə-tibb ekspertləri cəlb olunub.

Qeyd edək ki, Rusiya qoşunları iyunun 27-də axşam saatlarında Kramatorska raket hücumu həyata keçirmək üçün S-300 zenit-raket kompleksindən istifadə edib. Raket dinc sakinlərin çox olduğu şəhər mərkəzindəki kafelərin birini dağıdıb.