Laçında otuz ölkənin ekspertlərin iştirakı ilə  konfrans işə başlayıb
Siyasət

Laçında otuz ölkənin ekspertlərin iştirakı ilə konfrans işə başlayıb

Aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində konfrans işinə başlayıb.

"Respublika" xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşürlər.

ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan panel müzakirələrdə COP29-a və Azərbaycan yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilir.

İşğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları ilə keçirilən ilk panel müzakirədə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edib. Qarabağda dayanıqlı inkişafa həsr olunan bu panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.

Paneldə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndə Vahid Hacıyev çıxış edəcəklər.