Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına yollanıb
İdman

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına yollanıb

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

"Respublika" xəbər verir ki, 16 oyunçudan ibarət heyət səhər saatlarında sözügedən ölkəyə gedib.

Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Azərbaycan yığması son Avropa çempionatının qalibidir.