İdman

"Borussiya" təcrübəli futbolçu ilə müqavilənin müddətini uzatmaq istəyir

Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Mats Hummelslə müqavilənin müddətini uzatmaq istəyir.

"Respublika"nın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Dortmund təmsilçisinin rəhbərliyi 35 yaşlı müdafiəçi ilə danışıqlara start verib. Hər iki tərəf sözləşmənin müddətinin artırılmasına müsbət yanaşır.