M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Müşfiq Kamil oğlu Həsənov vəzifəsi dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin sədri.

Bakı şəhəri, 5 aprel 2024-cü il.