Muzeydə Qarabağa aid “Xətai” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib
Mədəniyyət

Muzeydə Qarabağa aid “Xətai” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib

14 iyun Xalçaçılıq Muzeyindən bildirilir ki, ənənəvi texnologiya şöbəsinin toxucuları Südabə Rüstəmova və Mirvari Cəfərova tərəfindən bir il müddətində toxunan xalça kolleksiyamızın ən dəyərli eksponatlarından birinin - XVII əsrə aid “Xətai” (Əjdahalı) xalçasının replikasıdır.

Uzun illər Avstriya və İtaliyada şəxsi kolleksiyalarda qorunan bu unikal xalça 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən alınaraq muzeyimizə hədiyyə olunub.

Orta əsrlərdə ancaq Azərbaycanda, Qarabağ və Şirvan bölgələrində toxunan “Xətai” (Əjdahalı) xalçası Böyük İpək Yolu ilə xarici ölkələrə göndərilirdi. Mərkəzi hissəsində əjdaha, simurq (yəni feniks), ördək, həyat ağacı, fantastik məxluqlar və palmet təsvirləri olan bu tip xalçalar hazırda dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

“Respublika”.