Növbəti yüksək humanizm nümunəsi
Sosial həyat

Növbəti yüksək humanizm nümunəsi

Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb. Qərara əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib.

Ölkəmizdə əfv sərəncamlarının imzalanması, həmçinin amnistiya aktlarının qəbul edilməsi uzun müddətdir ki, ənənə halını alıb. Məhz ulu öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv amnistiya təsisatları yaradılıb, 1995-2003- illərdə 7 amnistiya aktı 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Görkəmli dövlət xadimi tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad olunub. Hətta ulu öndər böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlayıb. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılıb Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə əfv sərəncamları imzalanıb. 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman sərəncam verilib, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36- isə İlham Əliyev tərəfindən imzalanıb həmin aktlar 5885 nəfərə şamil olunub. Bu mənada, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv Sərəncamı imzalaması gözlənilirdi. "Heydər Əliyev İli" çərçivəsində böyük tədbirlər planının hazırlanacağı burada bir çox məqamların öz əksini tapacağı istisna deyildi. Həmin tədbirlər planı çərçivəsində 2023- ilin may ayı ərəfəsində cənab Prezident tərəfindən böyük əfv sərəncamının verilməsi ehtimal edilirdi.

Lakin budəfəki əfv qərarının bundan öncəkilərdən başlıca fərqi şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktı olmasıdır.

Cinayət törədənlərin, günah işlətmiş insanların əfv olunması zamanın bütün dönəmlərində istər humanizm, istər əxlaqi, istərsə hüquqi baxımından böyük önəm daşıyan addım hesab edilib. Qəbul olunmuş qayda qanunlar, ədalət prinsiplərinin fərqli diktəsinə rəğmən, bağışlamaq yüksək humanizm dəyəri kimi qəbul olunur. Sadə dillə izah etsək, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan xilas edilməsi dərin mənəvi keyfiyyətlərdəndir. Əməllərindən peşmançılıq hissi keçirən məhkum yenidən dövlətin cəmiyyətin etibarını qazanmaq şansına ehtiyac duyur. Dövlətin bu addımı onlarda özünəinam hissini artırır, daha məsuliyyətli vətəndaş olmaq zərurətini ortaya qoyur.

Bununla belə, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir.

Jalə QASIMZADƏ,

"Respublika".