Oksfordda baş verən partlayışın səbəbi məlum olub
Dünya xəbərləri

Oksfordda baş verən partlayışın səbəbi məlum olub

Oksfordda baş verən partlayışın səbəbinin ildırımın bioqaz çənini vurması olduğu açıqlanıb.

"Respublika" xəbər verir ki,  bərpa olunan enerji sahəsində fəaliyyət göstərən "Severn Trent Green Power" şirkətinin partlayışdan sonra verdiyi açıqlamada bu ifadə işlədilib: “Bu gün axşam saatlarında Cassington yaxınlığındakı obyektimizdəki bioqaz çəninə ildırım düşməsi nəticəsində partlayış baş verdi."

Açıqlamada təkrar emal müəssisəsində baş verən partlayışda heç kimin zərər görmədiyi vurğulanıb və əlavə edilib: “Zərərin ən qısa zamanda qiymətləndirilməsi üçün ərazinin təhlükəsiz olmasını təmin etmək üçün təcili yardım qrupları ilə işləyirik”.

Qeyd edək ki, dünən Oksford yaxınlığında ildırım çaxması nəticəsində partlayış baş verdiyi və nəhəng alov topunun səmanı işıqlandırdığı barədə ingilis mediası məlumat yaymışdı. Axşam saatlarında baş verən partlayışdan sonra baş verən yanğının görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb. Bununla yanaşı, həmin gün üçün Britaniya Meteorologiya İnstitutu sarı kodlu hava xəbərdarlığı edərək, gün ərzində yerli vaxtla saat 03:00-a qədər  tufan və güclü yağışın gözlənildiyini bildirmişdi.