Ölkəmiz Avrasiyanın enerji xəritəsini dəyişdirir
Siyasət

Ölkəmiz Avrasiyanın enerji xəritəsini dəyişdirir

Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərində hərbi qələbəsi ilə Cənubi Qafqazın mənzərəsi kəskin şəkildə dəyişməyə başladı. Ölkəmiz enerji mənbələrinin şaxələndirilməsi sosial-iqtisadi inkişaf baxımından da böyük imkanlar qazandı. Bu gün Azərbaycan Avrasiyanın yeni, daha müasir səmərəli nəqliyyat xəritəsini formalaşdırır. Azərbaycan elə coğrafiyada yerləşir ki, Şərqlə Qərb arasında körpü rolunu oynayır.

Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında yaradılan yol-nəqliyyat infrastrukturu isə ölkəmizin üstünlüklərini daha da artırıb. Beləliklə, Azərbaycan Avrasiyanın mühüm tranzit hablarından birinə çevirilib. Hazırda Azərbaycanda 6 hava limanı fəaliyyət göstərir. Daha 3 beynəlxalq hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli Zəngilan Beynəlxalq Hava Limanları istifadəyə verilib. Laçında yaradılan sayca üçüncü hava limanının inşası isə intensiv şəkildə davam etdirilir.

Eyni zamanda, Azərbaycanda dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Ölkəmizin moderatorluğu ilə inşa olunan 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə, birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Azərbaycanın Avropa ilə Asiya arasında tranzit daşımaları üçün önəmini artıran əsas faktorlardan biri ölkəmizin ərazisindən fərqli istiqamətlərə müxtəlif nəqliyyat dəhlizlərinin keçməsidir. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan gələcəkdə Avropa ilə Asiya arasında daşımalar üçün yeni imkanlar da təqdim edəcək. Bu, Zəngəzur dəhlizinin sayəsində mümkün olacaq. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvanı birləşdirəcək bu marşrutun yaradılması ilə bağlı müddəa üçtərəfli imzalanan 10 noyabr Bəyanatında öz əksini tapıb.

Bu gün Azərbaycanın adı qaz ixrac edən ölkələr sırasında çəkilir tərəfdaş ölkələrin sayı getdikcə artır. Bunun əsas səbəblərindən biri Azərbaycanın etibarlı tərəfdaş funksiyasını uğurla yerinə yetirməsidir. Bu, ulu öndər Heydər Əliyevin əzmkarlığı cənab İlham Əliyevin qətiyyəti sayəsində reallaşıb. Qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlu enerji siyasəti ölkəmizin dünyada getdikcə daha qabaqcıl mövqelərə sahib olmasını şərtləndirir. Dövlətimiz iri enerji infrastrukturu yaratmaqla, bütünlükdə Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bunu cənab Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib: "Bakı Enerji Həftəsi düşünürəm ki, enerji sahəsində aparıcı beynəlxalq tədbirlərdən biridir. Sözlərimi sübut etmək üçün sadəcə kimlərin bizim tədbirimizə mesajlarını göndərdiyini qeyd etmək kifayətdir - ABŞ Prezidenti Bayden Böyük Britaniyanın Baş naziri Sunak. Beləliklə, bunlar bizim tədbirimizin qlobal əhəmiyyətinin göstəricisidir. Bu fürsətdən istifadə edərək ABŞ Prezidentinə, Böyük Britaniya Baş nazirinə, onların bu tədbirdəki nümayəndələrinə mehriban mesajlarına ilhamlandırıcı sözlərinə görə minnətdarlığımı ifadə etmək istərdim. Təxminən 30 ildir ki, biz enerji sahəsində uğurlu əməkdaşlıq edirik, indi isə sadəcə enerji sahəsində deyil, biz əməkdaşlığımızı şaxələndiririk ABŞ Böyük Britaniya hökumətləri artıq Azərbaycanın öz Xəzər dənizi resurslarını inkişaf etdirməsi üçün bütün təşəbbüslərini dəstəkləyiblər - birinci neft daha sonra qaz. Enerji təhlükəsizliyi artıq ölkələr üçün milli təhlükəsizlik məsələsidir".

Hesab edirik ki, Bakıda beynəlxalq səviyyədə təşkil olunan enerji həftəsi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həm regionda, həm Avropada, hətta bütünlükdə Avrasiyada önəmli rol oynadığını bir daha təsdiqlədi. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Azərbaycanın imkanları, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni qapılar açacaqdır. Bu da Azərbaycanın böyük enerji daşıyıcısı olan dövlətə çevrilməsinə böyük imkanlar yaradacaqdır.

Nuranə DAXİLQIZI,

"Respublika".