Ölkəmizin uğurlu gələcəyinə qarşı xəbis niyyətlərin cavabı qətiyyətlə verilir
Siyasət

Ölkəmizin uğurlu gələcəyinə qarşı xəbis niyyətlərin cavabı qətiyyətlə verilir

Azərbaycanın dünyadakı nüfuzunun günü-gündən artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüsləri beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı, erməni lobbisini, ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.

Politoloqların da qənaətinə görə, sanki dünyanın cazibə qüvvəsinə çevrilən Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin birbaşa Azərbaycanla bağlı olması barədə söylənilən həqiqətin izahına ehtiyac yoxdur. Bütün istiqamətlərdə söz güc sahibi olduğunu İkinci Qarabağ müharibəsində Ermənistan üzərindəki Zəfəri, Avropa ölkələri üçün enerji dəhlizi rolunu oynaması ilə təsdiqləyən Azərbaycanla əməkdaşlığa artan maraq da təsadüfi deyil.

Ermənipərəst dairələr hələ həqiqətləri görmək ya onları qəbul etmək istəmir. Görünən odur ki, Ermənistan havadarları işğal illərində olduğu kimi, müharibədən sonra da ölkəmizə qarşı yalan iftiralarla dolu dezinformasiya təbliğatından əl çəkməyiblər. Siyasi icmalçıların təbirincə, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunu ermənilərin millət olaraq qurduqları dövlətdən daha güclü bir siyasi təsisat kimi qəbul etsək, yanılmarıq. Erməni diasporu onun siyasi maraqlarını ifadə edən lobbi qrupları son yüz ildə ermənilərin düşmən hesab etdikləri xalqlara, dövlətlərə qarşı əsas "silahlarından" birinə çevrilib. Dünya ermənilərinin Ermənistanın xəyali maraqlarını qorumaq ideyası əsasında formalaşan bu lobbi qruplarının əsas mərkəzlərindən biri Fransada yerləşir. Dünyada üçüncü, Avropada birinci ən böyük erməni diasporunun yaşadığı Fransada erməni lobbiçiliyinin həm ictimai rəyə, həm Parisin xarici siyasətinə ciddi təsir imkanları var.

Məhz ona görə , Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi saysız-hesabsız cinayətlərlə bağlı indiyədək heç bir qüvvə hansısa nəticə kəsb edən addım atmayıb. demokratiya insan hüquqlarından danışan qərb dövlətləri, aidiyyəti beynəlxalq təşkilatlar Ermənistanın törətdikləri çoxsaylı cinayətləri görmək istəmir. Əslində bu susqunluq gələcək üçün yaxşı heç vəd etmir. Ermənistanın vandalizm aktlarına göz yummaq daha böyük faciələrə rəvac verir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilir ki, 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib.

Üçtərəfli Bəyanata Fransa Prezidentinin iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi rəsmi Parisin ölkəmizə qarşı qərəzinin nümunəsidir. Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir veriləcəkdir. Düşmən ölkənin bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın bu prosesdə maraqlı olmadığını göstərir bu kimi hərbi təxribatlar siyasi təhrikçi addımlarla bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki ölkəmizin ərazi bütövlüyünü suverenliyini pozur, eyni zamanda regional sülh təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Onu da qeyd edək ki, dünya birliyində qərar qəbul edənlərin ələ alınması sahəsində ermənilərin yüzillik təcrübəsi var. Onlar yalnız "erməni milli maraqları" adlandırdıqları sərsəm ideyanı inkişaf etdirmək üçün deyil, bütün məsələlərdə, o cümlədən biznes maraqlarının təmin olunmasında da bu təcrübədən istifadə edirlər. Bu fəaliyyəti uğurlu edən digər səbəblər isə ermənilərin heç bir başqa xalqın özünə rəva bilmədiyi üsullardan istifadə etməsidir. Onlar yalan uydurur sonra o yalanı xüsusi metodika əsasında inkişaf etdirir genişləndirirlər. Ermənilərin yalanlarına dünya ölkələrinin məlumatsız əhalisi ilə yanaşı, bəzi dövlət xadimləri inanır. Onlar ən güclü dövlətlərin parlamentlərinə, icra strukturlarına, hətta məhkəmə sisteminə təsir edə bilirlər.

Bunu təsdiq edən bir neçə faktı xatırlamaq kifayətdir. Belə ki, bu yaxınlarda Avropa Parlamentinin keçmiş prezidenti, "Qatargate" işi üzrə "məşhurlaşan" Eva Kayli, həmçinin Azərbaycana qarşı Ermənistanın maraqlarına lobbiçilik etməkdə ittiham olunurdu. E.Kaylinin Avropa İttifaqı-Ermənistan Dostluq Qrupu ilə isti münasibətləri var ki, bu da öz növbəsində, Avropadakı ən böyük erməni lobbi təşkilatı olan "Ədalət Demokratiya Uğrunda Avropa Erməni Federasiyası" (EAFJD) ilə sıx bağlıdır. Mənzil-qərargahı Brüsseldə yerləşən EAFJD- Ermənistan Yunanıstan pasportlarına malik brilyant alverçisi mediada "qanlı brilyant" alverçisi kimi tanınan Kaspar Karampetyan rəhbərlik edir. Avropa Parlamentində görüşlərlə yanaşı, EAFJD -nin xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellin ofisində Ermənistanın maraqları üçün lobbiçilik edib Avropa parlamentarilərinin 1988-ci ildən Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Qarabağ regionunun rayonlarına səfərlərinin təşkilində iştirak edib. Beynəlxalq aləmdə bu bölgələr demək olar ki, bütün ölkələr tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınır. 2019-cu ilin avqustunda Avropa Parlamentinin almaniyalı deputatı Martin Zonneborn EAFJD-nin təşəbbüsü ilə erməni əsilli həyat yoldaşıyla birgə təbii ki, Kaspar Karampetyanın müşayiətilə o vaxt separatçıların nəzarətində olan Qarabağ ərazisinə səfər edib sonradan Almaniya Xarici İşlər Nazirliyi bu addımı pisləyib. Yeri gəlmişkən, M.Zonneborn, "EU Today"in məlumatına görə, Rusiyanı dəstəkləyən deputatlardan biridir. 2022-ci ilin noyabrında o, Ukraynada başlayan müharibə ilə əlaqədar Rusiyanın "terrorizmin sponsoru" olan dövlət elan edilməsinə dair qətnamənin əleyhinə səs verən 58 nəfərdən biri olub. E.Kayli isə Avropa Parlamentində azərbaycanlı diplomatlar üçün Şengen vizasının ləğvinə dair alovlu çıxışlar edərək Azərbaycanın Qarabağı işğal etməyə cəhd etdiyini əsaslandırmağa çalışıb. Keçmiş vitse-prezident Ermənistanı işğal edə biləcəyini düşünərək Türkiyəyə düşmən münasibət bəsləyir.

Ermənistanın havadarlarının yaxşı fikirləşməli olduğunu bildirən Azərbaycan Prezidenti deyib: "Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz heç kimə bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim heç dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik bununla fəxr edirik".

Mustafa KAMAL,

"Respublika".