Ölkəmizin yaratdığı yeni reallıqlar qəbul edilməlidir
Digər xəbərlər

Ölkəmizin yaratdığı yeni reallıqlar qəbul edilməlidir

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəinki düşmənə, hətta bütün dünyaya dövlətimizin gücünü göstərdi. Xain qonşumuzun 30 il müddətində törətdiyi vəhşiliklərə, terror aktlarına baxmayaraq, Azərbaycan yenə humanizm örnəyi nümayiş etdirməklə barış tərəfdarı olduğunu bir daha təsdiqlədi.

Artıq üç ilə yaxındır ki, dövlətimiz regionda dayanıqlı sülhün təhlükəsizliyin təmin edilməsi, iki ölkə arasındakı münasibətlərin normallaşması üçün sülh təşəbbüsü irəli sürür. Bir məqamı da xatırladaq ki, Azərbaycan bu təklifin uzun müddət masa üzərində qalmayacağını da ilk gündən bəyan edib. Bu istiqamətdə müxtəlif formatlarda görüşlər keçirilsə , Ermənistanın barışığa meyil etmədiyinə şahid olduq. Moskva, Soçi, Brüssel, Praqa, ABŞ, Kişineu görüşləri zamanı düşmənin sərgilədiyi mövqe onu rəzil duruma saldı. Baş tutan hər bir görüşə nəzər yetirsək görərik ki, Ermənistan danışıqlar prosesinə mane olmaq məqsədilə təxribatlara əl atır, prosesi uzatmaq istəyini açıq-aşkar nümayiş etdirir. Lakin düşmən nəzərə almalıdır ki, bu gün Azərbaycan qalib tərəf olaraq reallıqları özü diktə edir. Bu reallıqların dünyaya çatdırılması istiqamətində atılan addımların uğurlu nəticələri ölkəmizə beynəlxalq dəstəkdə özünün aydın ifadəsini tapır. Halbuki, Ermənistan sülh müqaviləsinin imzalanmasına daha çox maraqlı olmalıdır. Çünki məğlub dövlət yeni əməkdaşlıq formatlarına qatılmaqla, kommunikasiyaların açılmasına nail olmaqla ölkəni böhrandan xilas edə bilər xalqının həyat səviyyəsini yaxşılaşdıra bilər.

Son aylarda xain hayların sərhəd bölgələrində törətdiyi təxribatlara, atəşkəsin pozulması cəhdlərinə diqqət yetirsək  görərik ki, Ermənistan xain xislətindən əl çəkmək niyyətində deyil. Əslində düşmənin çirkin əməllər həyata keçirməsi hələ   beynəlxalq hüquqda selektiv yanaşmadan xəbər verir. Belə ki, beynəlxalq hüququn norma prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmaması vəziyyətin gərginləşməsinə, Ermənistanın hələ verilən dərslərdən nəticə çıxarmamasına zəmin yaradır. Qeyd etməli olduğumuz digər bir vacib məqam  isə Ermənistanın təxribatlarının Avropa İttifaqının yarıhərbi müşahidə missiyasının fəaliyyətə başlamasından sonra daha mütəmadi xarakter almasıdır. Şübhəsiz, düşmən bunu planlı şəkildə həyata keçirir, Ermənistanın məqsədi ölkəmizi Avropa İttifaqı missiyasının hesabatlarına "təxribatlara şərait yaradan ölkə" kimi qeyd etdirməkdir. Paşinyan sülh sazişini imzalamağa hazır olduğunu iddia etsə prosesi uzatmaqla guya Azərbaycana qarşı hərbi gücünü artırmaq niyyətindədir.

Ermənistan baş nazirinin sülh çağırışları etməsinə baxmayaraq, əsl hədəfi "hərbi üstünlüyə" nail olmaqdır. Şübhəsiz, bu, baş tutmayacaq. Çünki düşmənin buna zamanı, imkanı var. Ermənistan nəzərə almalıdır ki, bununla şansını itirir. Əgər qərb qonşumuz barışığa maraqlı deyilsə, sülh istəmirsə, Azərbaycan da istəmir. Azərbaycanın Ermənistana verdiyi şansın müddəti tükənmək üzrədir. Üstəlik, düşmən törətdiyi təxribatlarla nəyəsə nail olacağını düşünürsə yanılır. Dövlətimizə olan etimadın beynəlxalq müstəvidə yüksək olduğunu nəzərə alsaq, hayların heç bir şansı yoxdur.

Prezident İlham Əliyevin iyunun 23- Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: "Ona görə hələ özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə deyirəm, biz tələsmirik". Odur ki, Ermənistan sülhü xoşluqla qəbul etməsə, dövlətimizin qüdrəti bunu güc yolu ilə qəbul etdirməyə çatar. İşğalçı dövlət İkinci Qarabağ savaşından dərs götürməlidir. Xain düşmən sülhdən yayınarsa, yenidən qarşısında "dəmir yumruq" görəcəyini unutmamalıdır.

Nəzrin ELDARQIZI,

"Respublika".