Pakistanda qatarın relsdən çıxması nəticəsində 15 nəfər ölüb
Dünya xəbərləri

Pakistanda qatarın relsdən çıxması nəticəsində 15 nəfər ölüb

Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində azı 15 sərnişin ölüb, daha 50 nəfər yaralanıb. 

"Respublika" xəbər verir ki, bu barədə “Geo News” telekanalı polisə istinadla məlumat yayıb.

Məlumata görə, hazırda xilasetmə işləri aparılır. Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir.