Portuqaliya meşə yanğınları ilə mübarizə aparır
Dünya xəbərləri

Portuqaliya meşə yanğınları ilə mübarizə aparır

Portuqaliyada yanğınsöndürənlər temperaturun artması fonunda minlərlə hektar ərazini bürüyən meşə yanğınlarının qarşısını almaq üçün mübarizə aparırlar.

“Respublika” “BBC”yə istinadən xəbər verir ki, Odemira şəhərinin cənubunda baş verən yanğında təxminən 800 personal iştirak edib, 1400-dən çox insan təxliyə edilməli olub.

Yanğın söndürülən zaman 9 yanğınsöndürən xəsarət alıb. Portuqaliyada ötən gün 46.4C temperatur qeydə alınıb ki, bu da ilin ən yüksək rəqəmi olub. 

Odemira yaxınlığındakı yanğın 3 gün öncə başlayıb və güclü külək nəticəsində cənuba, Portuqaliyanın əsas turizm bölgəsi olan Alqarvenin təpəlik içərisinə doğru sürüklənib, bu günə qədər təxminən 6,700 hektar ərazini məhv edib, 19 kənd, dörd turist yaşayış yeri və bir düşərgə evakuasiya edilib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".