“Qarabağ” klubunun yeni transferi Bakıya gəlib
İdman

“Qarabağ” klubunun yeni transferi Bakıya gəlib

Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Andrey Lunyov Bakıya gəlib.

"Respublika" xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, 32 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonar rəsmi müqaviləyə imza atacaq.

Sözləşmənin müddətinin 1 illik olacağı gözlənilir.

Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub