Qarşılıqlı maraqlara əsaslanan etibarlı tərəfdaşlıq
Siyasət

Qarşılıqlı maraqlara əsaslanan etibarlı tərəfdaşlıq

Azərbaycan-İtaliya

Azərbaycan dünyada etibarlı tərəfdaş nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm beynəlxalq təşkilatlar çərçivəsində səmərəli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının tərəfdaşlarının sayı artır. Hazırda ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal rolu, praqmatik xarici siyasət kursu yüksək qiymətləndirilir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına böyük təkan verir.

Azərbaycan Prezidenti İlham Əliyev  ötən il sentyabrın 2- Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi zamanı iki ölkə arasında tərəfdaşlığın uğurla həyata keçirildiyini bildirib: "Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib", - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi ticari, həm ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb, yəni bu göstərici 9 milyard ABŞ dolları səviyyəsində olub. 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini keçərək 11 milyard ABŞ dollarından çox olub. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz enerji sektorunu əhatə edir. İtaliya Trans Adriatik Boru Kəməri layihəsinin reallaşmasında mühüm rol oynayır. Xatırladaq ki, TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşərək Yunanıstan, Albaniya ərazilərindən, eləcə Adriatik dənizindən keçib təbii qazı Cənubi İtaliyaya nəql edir. Ukraynada müharibənin yaratdığı enerji böhranı da İtaliyanı Azərbaycandan mayeləşdirilmiş təbii qazın idxalına sonra onu istifadəyə yararlı qaza çevirməyə sövq edib. Yəni Bakı Roma arasında həyata keçirilən layihələr İtaliyanı Rusiya tədarükünün inhisarından azad etməyə kömək edir.

İki ölkə arasındakı münasibətlərdə ən vacib məqamlardan biri odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" Azərbaycan İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Azərbaycan həmin günlər ərzində kimin haqqın, ədalətin, kimin isə ədalətsizliyin yanında olduğunu görmüş oldu. Bunun da nəticəsidir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkələrin şirkətləri iştirak edir. İtaliya şirkətləri bu sıradadır. Artıq bu ölkənin bir sıra şirkəti işğaldan azad olunmuş ərazilərimizdə bərpa quruculuq işlərinə daha fəal şəkildə qoşulub. Buna ilk nümunə kimi 2020-ci ilin dekabr ayında imzalanmış sənədi göstərmək olar. Belə ki, "Azərenerji" ASC-nin İtaliyanın "Ansaldo Energia" şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatı məhz "Ansaldo Energia" şirkətinin üzərinə düşüb. Prezident İlham Əliyev müsahibəsində bununla əlaqədar qeyd edib: "İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir".

Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət humanitar sahələrdə əməkdaşlıq yüksəlib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan-İtaliya çoxsahəli münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr davamlı olaraq genişləndirilir.

Jalə QASIMZADƏ,

"Respublika".