Qatar reysləri artırılır
Digər xəbərlər

Qatar reysləri artırılır

Azərbaycan Dəmir Yolları mətbuat xidmətinin məlumatında bildirilir ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar, 6-7 may tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edilib.Bakı Dəmiryol Vağzalından səhər  saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafadan saat 15:30-da yola düşən qatar  isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq. 

Əli SADIQOV,

“Respublika”.