Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir
İQTİSADİYYAT

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarında karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı monitorinq və mübarizə məqsədilə biotexniki feremon tələlər quraşdırılıb. Feremon tələlər əsasən əkin sahələrinin ətrafına, bağ və həyətyanı sahələrə yerləşdirilib.

20 iyun Aqrar Xidmətlər Agentliyindən bildirilir ki, Balakən rayonunda 1200 ədəd, Zaqatala rayonunda 1200 ədəd, Qax rayonunda 200 ədəd, Şəki rayonunda 100 ədəd, Oğuz rayonunda 100 ədəd, ümumilikdə rayonlar üzrə 101 kənd, qəsəbə və şəhərdə 2800 ədəd feremon tələ quraşdırılıb. Tələlərdən  kütləvi istifadənin nətiçəsində zərərverici cəlbedici feremon vasitəsilə yapışqan löhvələrə düşərək məhv olur

Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır.

Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.

“Respublika”.