Rusiyanın bir sıra aeroportları müvəqqəti olaraq bağlanıb
Dünya xəbərləri

Rusiyanın bir sıra aeroportları müvəqqəti olaraq bağlanıb

Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

“Respublika” “TASS” agentliyinə istinadla xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb. 

Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib. 

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.