Şəhidin xatirə muzeyi
Region

Şəhidin xatirə muzeyi

Lənkəranda şəhid kapitan Vüsal Quliyevin  xatirə muzeyinin açılışı olub. Boya-başa çatdığı evində yaradılan muzeyə şəhidə aid fotoşəkillər,  xatirə dəftəri, təltifləri, medalları və şəhidin hərbi forması qoyulub.

Qeyd edək ki, Vüsal Quliyev 5 iyun 1985-ci ildə Lənkəran şəhərində anadan olub. Orduda kapitan rütbəsində xidmət edən Vüsal 2020-ci il sentyabrın 27-də Ermənistanın işğal altında olan əzəli, əbədi yurd yerimiz Qarabağın  azad edilməsi üçün başladılan əks-hücum əməliyyatlarında iştirak edib. Qəhrəman zabit  haqq savaşımızın  ilk günündən Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. 28 sentyabr 2020-ci ildə elə Suqovuşanda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub.

 Vüsal Quliyev ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Qubadlının azad olunmasına  görə  medalları və “Şəhadət” ordeni ilə təltif edilib.

Bəli, Vətən sevdalıların ömrü elə Vətən qədər əbədi  olur. Onlar cismən aramızdan getsələr də, mənən qəlblərdə yaşamaqla hər an ehtiramla xatırlanır. Şəhid kapitan  Vüsal da belə...  

Zəfər ORUCOĞLU,  

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.