Sən Uca Zirvəsən!
Siyasət

Sən Uca Zirvəsən!

"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Azərbaycanın işıqlı, parlaq gələcəyinin yetişməkdə olan gənc nəsildən uşaqlardan asılı olduğunu qeyd edən dahi şəxsiyyət Heydər Əliyev bütün zamanlarda uşaqların qayğısına qalaraq onlara xüsusi diqqət göstərmişdir. Elə buna görə ulu öndər uğurlu gələcək üçün hər tədbir toplantıda uşaqların sağlamlığının, təhsilinin vacibliyini bildirirdi. Heydər Əliyevin verdiyi qiymət, məhəbbət göstərdiyi diqqətin nəticəsidir ki, bu gün həmin uşaqlar böyüyüb ölkəmizi dünyada sevgi ilə təbliğ edirlər.

Azərbaycan 1994- ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub. Bu Konvensiyaya qoşulmaqla dövlətimiz uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların bütün ehtiyaclarının təmin edilməsi istiqamətində addımlar atdığını bir daha təsdiqləyib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilib.

Azərbaycanda uşaqların yaxşı təhsil alması, tərbiyə olunması, Vətənə layiqli övlad kimi yetişməsi sağlam, firavan yaşaması, hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycanın qurucusu, hər zaman sonsuz sevgi, hörmət qürurla adı anılan Heydər Əliyev bütün ömrü boyu uşaqlara qarşı xüsusi diqqət məhəbbətlə yanaşmış, onların himayədarı olmuşdur. Respublikaya rəhbərliyi dövründə ümummilli lider uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq qanunvericilik aktları qəbul etmişdir. Ulu öndər həm uşaqlarla bağlı bir çox tədbir şənliklərə gedərək onların sevincinə şərik olurdu. Uşaqlarla vaxt keçirməyi çox sevən Heydər Əliyevin onlarla ünsiyyətdə olması ölkə başçısından daha çox, bir baba diqqətini, məhəbbətini nümayiş etdirirdi. Keçirilən bütün şənlik görüşlərdən böyük ilham alan uşaqların isə Heydər babalarına sevgisi sonsuz idi.

Mədəniyyət incəsənət sahəsində olan istedadlı uşaqlara qayğı qarşıya qoyulan vəzifələrdən biri idi. Heydər Əliyevin sayəsində Azərbaycanda uşaqların istedad bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər saya gəlməyəcək qədərdir. Məhz onun 1999-cu il iyulun 29-da imzaladığı Fərmanla təsdiq olunan "Azərbaycan Respublikasında Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nda Təhsil, Gənclər, İdman Turizm nazirliklərinə istedadlı uşaqların üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulub. İstedadlı uşaq gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi hələ ötən əsrin 70-ci illərindən dövlətin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra yenə uşaqlara eyni qayğı diqqətlə yanaşılmışdır. Ulu öndər "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" fərman vermiş, gənc istedadların "Qızıl kitabı", "Gənc istedadlar fondu"nu yaratmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin uşaqlarla bağlı atdığı addımlar bununla bitmir. Onun zamanında diqqət qayğı göstərdiyi onlarla valideyn himayəsindən məhrum keçmiş məcburi köçkün övladları indi ölkənin aparıcı mütəxəssisləri arasında yer alır. Heydər Əliyev ideyaları tövsiyələri ilə böyüyən uşaqlar ulu öndərdən onlara miras qalan insanlıq dərsini özlərinin həyat şüarı hesab edirlər.

Əlbəttə ki, uşaqlar təkcə bir ailənin, xalqın deyil, dövlətin ən qiymətli sərvətidir. Sahib olduğumuz qiymətli sərvətimizi cəmiyyətə faydalı vətəndaş kimi böyüdüb tərbiyə etmək hər bir valideynin borcudur. Biz, övladlarınızı Vətənə sevgi hissi ilə tərbiyə etməklə yanaşı, həm sadiq olmağı da aşılamalıyıq. Sözsüz ki, sadalanan xüsusiyyətlərə cəmiyyət olaraq 44 günlük Vətən müharibəsində şahidlik etdik. Qarabağın işğalından illər sonra dünyaya gələn uşaqlar Qarabağ uğrunda şəhid, qazi olan gənclərimiz öz Vətən sevgilərini əməlləri ilə sübut etdilər. Bütün bunlar isə dövlətimizin düzgün qurulmuş siyasətinin əməli nəticəsi, Heydər Əliyev prinsiplərinin davamı idi.

Vaxt var idi ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında ən geri qalmış ölkələrdən biri idi. Lakin Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişindən sonra ölkə öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Artıq Moskvanın da diqqət mərkəzində olan ölkəmiz bütün sahələrdə yüksək uğura nail oldu. Sosial-iqtisadi, kənd təsərrüfatı digər sahələrə maraq artdı. Bütün bunlarla yanaşı, ulu öndər təhsil sahəsini unutmadı. Gənclərin xaricdə ölkə daxilində ali təhsil alması ilə bərabər, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinə xüsusi önəm verildi. O dövrdə sovet hökumətinin sərt rejiminə baxmayaraq Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. 1971-ci ildə ümummilli liderin təşəbbüsü uzaqgörən siyasəti nəticəsində gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəssisələrinin əsası qoyuldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında o dövrdə ali hərbi məktəbləri bitirənlərin müstəqillik illərində Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rolu vardır. Hazırda ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları, ulu öndərin ideya davamçılarıdır.

Bu gün ümummilli lider Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması qayğı ilə əhatə edilməsi sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının nəticəsidir.

Bir daha xatırlatmaq yerinə düşər ki, uşaqları bütün varlığı ilə sevən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994- ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, "SOS Kinderdorf İnternational" təşkilatı ilə dövlətimiz arasında əldə olunmuş razılaşmaya əsasən "Bakı SOS Uşaq Kəndi" salınmışdır. "SOS Uşaq Kəndi" ilk olaraq 12 evdən ibarət tikilmişdir. 1999-cu ilin oktyabrında başlayan tikinti, 2000-ci ilin oktyabrında başa çatmışdır. Kəndin fəaliyyətə başlamasından cəmi bir ay sonra - 2000-ci il noyabrın 2- ümummilli lider Heydər Əliyev kəndə gələrək, kəndlə tanış olmuş, burada yaşayan ana uşaqlara öz xeyir-duasını vermişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Dahi şəxsiyyət Birinci Qarabağ müharibəsində şəhid olmuş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkün düşmüş insanların övladlarına qarşı da hər zaman qayğı ilə yanaşmış, onların təhsil təminatına xüsusi nəzarət etmişdir. Uşaqların sağlam qayğısız bir şəraitdə yaşaması, yüksək səviyyəli təhsil alması ümummilli lider Heydər Əliyevin ən ümdə arzularından biri olub. Uşaqlar ulu öndər üçün qədər doğma, əziz idisə, uşaqlar üçün Heydər Əliyev şəxsiyyəti bir o qədər doğma idi. Bu böyük insanın dahiliyinin, əvəzolunmazlığının ən başlıca qayəsindən biri uşaqlara olan sonsuz sevgisi idi. Heydər Əliyev böyüklərə qarşı qədər ciddi xarakter nümayiş etdirirdisə, uşaqlara qarşı bir o qədər mülayim, həssas idi. O, hər bir uşağı öz balası, nəvəsi kimi əzizləyirdi. Bəlkə , ulu öndərin ən çox istirahət edib, dincəldiyi, ruhunun rahatlıq tapdığı məqamlardan biri uşaqlarla olan görüşləri idi. Heydər Əliyev hər bir uşağın dostu, yaxını olmağı bacarırdı. İstənilən uşaqla dil tapa, ünsiyyət qura bilirdi. Onun hər bir görüşü tarixin yaddaşına yazıldığı kimi, uşaqların da hafizəsinə əbədi həkk olurdu. Neçə-neçə uşaq bu dahi şəxsiyyətin ünsiyyətindən, qayğısından ilham alaraq, özünü cəmiyyətdə yüksək səviyyədə təsdiq edə bilmişdir. Heydər Əliyevin verdiyi tövsiyə məsləhətlər uşaqların zaman keçdikcə həyat amalına çevrilmişdir. Ulu öndərin ziyası, nuru ünsiyyətdə olduğu hər bir uşağın həyatının mayakına, yürüdüyü yolda düzgün istiqamətinə çevrilmişdir. Böyük İnsan, Dahi Şəxsiyyət hər bir azərbaycanlının qəlbində yaşayır. Bu gün ölkəmizdə hansı sahəyə nəzər salsaq, orada Heydər Əliyev dəsti-xətti, ideyaları var. Çünki bu böyük şəxsiyyət öz əməlləri, münasibətilə bütün sahələrdən olan insanları humanistlik, xeyirxahlıq, səxavət Vətən sevgisi ruhuna kökləyirdi. Dünən olduğu kimi, bu gün uşaqların ulu öndərə sevgisi tükənməzdir. Onun ideya tövsiyələri hər bir azərbaycanlının təfəkküründə, təhsilində, gələcək fəaliyyətində dünyaya baxışında yaşayır. Çünki Heydər Əliyev hər bir Azərbaycan övladının, körpəsinin sevimli, əziz Babasıdır!

Ramidə YAQUBQIZI,

"Respublika".