Sosioloji Tədqiqatlar Mərkəzi: İlham Əliyev səslərin 92,4 faizini qazanıb
Siyasət

Sosioloji Tədqiqatlar Mərkəzi: İlham Əliyev səslərin 92,4 faizini qazanıb

Sosioloji Tədqiqatlar Mərkəzi fevralın 7-də keçirilmiş prezident seçkiləri ilə bağlı keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında Mərkəzin nümayəndəsi Natalya İsayeva "exit-poll"un xüsusi hazırlanmış proqram əsasında aparıldığını bildirib. Qeyd edib ki, "exit-poll" 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində keçirilib. Sorğulara 5012 respondent cəlb olunub. Onların 24 faizi Bakı şəhəri, 7,9 faizi Gəncə, Sumqayıt şəhərlərini əhatə edir. 44,3 faizi isə kənd sakinləri olub.

"Exit-poll"un nəticələri belədir:

İlham Əliyev - 92,4 faiz;

Zahid Oruc - 2,2 faiz;

Fazil Mustafa - 2 faiz;

Qüdrət Həsənquliyev - 1,6 faiz;

Elşad Musayev - 0,8 faiz;

Fuad Əliyev - 0,4 faiz;

Razi Nurullayev - 0,3 faiz.