Stoltenberq NATO-Ukrayna Şurasının yaradılmasının məqsədini açıqladı
Dünya xəbərləri

Stoltenberq NATO-Ukrayna Şurasının yaradılmasının məqsədini açıqladı

NATO-Ukrayna Şurası tərəflər arasında siyasi əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

"Respublika" xəbər verir ki, bunu NATO Baş Katibi Yens Stoltenberq Vilnüsdə NATO İctimai Forumundakı çıxışı zamanı bildirib.

O, NATO-Ukrayna Şurasının açılışının sabah olacağını diqqətə çatdırıb:

“Bu yeni orqan olacaq və bizim - Ukraynanın və bütün NATO müttəfiqlərinin bərabər tərəflər kimi görüşünü təmin edəcək. Şura qərarlar qəbul edə bilər”, - Stoltenberq söyləyib.

Nəzrin ELDARQIZI,

"Respublika".