Tramp bu tarixdə mühakimə olunacaq
Dünya xəbərləri

Tramp bu tarixdə mühakimə olunacaq

ABŞ-da 2020-ci il seçkilərinin nəticələrini öz xeyrinə çevirməkdə ittiham olunan keçmiş prezident Donald Trampın mühakimə olunacağı tarix açıqlanıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, ABŞ Federal Məhkəməsinin paytaxt Vaşinqtonda verdiyi qərarla Trampın mühakimə olunma tarixi 4 mart 2024-cü il elan edilib. 

"İctimaiyyətin bu məsələni tez və effektiv şəkildə həll etmək hüququ var"- deyən hakim Tanya Çutkan Trampın vəkillərinin dinləməni 2024-cü il noyabrın 5-də keçiriləcək prezident və Konqres seçkilərinə qədər təxirə salmaq tələbini rədd edib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".