Türkiyədə 9 immiqrant qaçaqmalçısı həbs olunub
Dünya xəbərləri

Türkiyədə 9 immiqrant qaçaqmalçısı həbs olunub

Türkiyənin Van şəhərində təşkil edilən 13 ayrı əməliyyatda immiqrant qaçaqmalçılığı ilə ittiham edilən 23 şübhəlidən 9-u həbs edilib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, miqrant qaçaqmalçılarının sığınacaq üçün istifadə etdiyi tərk edilmiş bina da sökülərək yararsız hala salınıb.
Şəhər Təhlükəsizlik Müdirliyi Mühacir Qaçaqmalçılığı və Sərhəd Qapıları Şöbə Müdirliyi qrupları 31 iyul-1 avqust tarixləri arasında miqrant qaçaqmalçılarına qarşı 13 ayrı əməliyyat keçirib. Əməliyyatlarda 23 nəfər nəzarət altına alınıb. Daha sonra ədliyyəyə sövq edilən şübhəlilərdən 9-u həbs edilib, 14-ü isə sərbəst buraxılıb. Miqrant qaçaqmalçılığı cinayətində istifadə edildiyi bildirilən 3 avtomobil də ələ keçirilib.

Töhfə SƏMƏDOVA,

“Respublika”.