Türk dünyasının Ulu Öndəri 1999-cu il aprelin 13-də ümummilli lider Heydər Əliyev
Siyasət

Türk dünyasının Ulu Öndəri 1999-cu il aprelin 13-də ümummilli lider Heydər Əliyev "Beynəlxalq Atatürk Sülh Mükafatı"na layiq görülüb

"Mənə böyük Atatürkün adını daşıyan "Beynəlxalq Sülh Mükafatı" təqdim olunubdur. Bu, mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq qalacağam". Bu fikirləri ümummilli lider Heydər Əliyev 1999-cu il aprelin 13- "Beynəlxalq Atatürk Mükafatı"nın təqdimolunma mərasimində bildirib.

Türk dünyasının fəxri olan ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi böyük dühalardan biridir. Qeyri-adi zəkaya, yüksək təşkilatçılıq bacarığı, hadisələri müşahidə təhlil etmək sahəsində unikal qabiliyyətə malik olması ulu öndəri digər şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlərdir.

34 illik siyasi dövlətçilik fəaliyyəti dövründə ulu öndər Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan, əzmlə çalışmış buna nail olmuşdur. Müstəqil Azərbaycan dövlətinin memarı qurucusu olan ümummilli liderin siyasi-ideoloji fəaliyyəti təkcə ölkəmizlə məhdudlaşmır, bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edir. Məhz  bu baxımdan, Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.

Türkiyə türk dünyası ilə əlaqələrin qurulub inkişaf etdirilməsi ulu öndərin fəaliyyətində xüsusi yer tuturdu. O, öz çoxşaxəli fəaliyyətində Türkiyəyə, türk müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görürdü. Heydər Əliyev bu məsələdə özünün mükəmməl nəzəri biliyi nəhəng praktik işilə seçilir, türk müsəlman xalqları arasında mədəni əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verir bu istiqamətdə fəaliyyət göstərirdi.

1993- ildən xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olan Heydər Əliyev bu istiqamətdə mühüm məsələlərin həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirmişdir. Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri əbədi dönməz xarakter almışdır.

Ümummilli lider Heydər Əliyev dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər vermiş, onun irsinin öyrənilməsi təbliğini vacib hesab etmiş, söyləmişdir ki, Atatürk yalnız proqressiv ideyaları irəli sürməklə kifayətlənməmiş, bu ideyaları həyata keçirmiş, qurmuş olduğu dövləti möhkəmləndirmək üçün tarixi stimullar müəyyənləşdirmiş, zəngin ideya qaynaqları aşkara çıxarmışdır. Ulu öndər qeyd edirdi ki, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün yalnız fəaliyyəti nəticəsində deyil, həm qəhrəmanlığı sayəsində yaranmışdır. 1999-cu ildə ümummilli lider Heydər Əliyevə sülh uğrunda apardığı mübarizəyə görə "Beynəlxalq Atatürk Sülh Mükafatı" təqdim olunmuşdur. Atatürkün irsini öyrənmək təbliğ etmək üçün 2001-ci ildə Bakıda görkəmli dövlət xadimi Heydər Əliyevin sərəncamı ilə Atatürk Mərkəzi yaradılmışdır. Həmin mərkəzin açılışında çıxış edən Heydər Əliyev demişdir: "Atatürkün  həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətləri aşkara çıxaracaqdır... Atatürkün  ideyalarını yaymaq, təbliğ etmək xalqımıza çatdırmaq, həm bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider Prezident kimi mənim fəaliyyətimdə çox böyük yer tutur".

Görkəmli dövlət xadimi Heydər Əliyev türk dövlətlərinin, ümumən türk dünyasının birliyinə sadəcə, etnik köklərin  ümumiliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmaqla kifayətlənməmiş, bu birliyin perspektivlərinə xüsusi diqqət yetirmişdir.

Heydər Əliyev türk dünyasının problemlərini, onları yaxınlaşdırmaq yollarını yaxşı bilirdi. Ona görə ulu öndər hesab edirdi ki, türk xalqlarının yaxınlaşması zəruridir müstəqil türk dövlətləri başçılarının toplantıları bu istiqamətdə əhəmiyyətli rol oynaya bilər oynamalıdır.

Bu günədək keçirilən türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşləri bu görüşlərdə müzakirə olunan məsələlər, imzalanan "İstanbul Bəyannaməsi", "Bakı Bəyannaməsi", "Naxçıvan Bəyannaməsi" digər sənədlər türkdilli  dövlətlərin iqtisadi mədəni əlaqələrinin artırılması birliyi istiqamətində irəliyə atılmış çox mühüm addımlardır bu gün davam edir.

Azərbaycan xalqının ümummilli liderinin türk dünyasının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası da uğurla davam etdirilməkdədir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev türk xalqları arasında əlaqələrin genişlənməsinə, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlığın artırılmasına xüsusi əhəmiyyət verir. Azərbaycanın dövlət başçısı türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə görüşündəki (2009, 2-3 oktyabr) çıxışında türkdilli ölkələr arasında iqtisadi, humanitar, mədəni əlaqələrin artırılmasının, müştərək layihələrin yaradılmasının vacibliyini vurğulamışdır.

2021-ci il noyabrın 12- isə Azərbaycan Prezidenti İlham Əliyev "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilib. Bu, Azərbaycan liderinin türk dünyasına böyük xidmətinə layiqli mükafatdır. Eyni zamanda onu göstərir ki, ulu öndərin ideyaları, əsasını qoyduğu ənənələr yaşayır.

Zümrüd QURBANQIZI,

"Respublika".