Türk dünyası

"Türk əsri"nin yeni yüksəliş mərhələsi

Azərbaycan 1991-ci il oktyabrın 18- dövlət müstəqilliyini bərpa edəndən sonra noyabrın 1- ölkənin müstəqilliyinin tanınması ilə bağlı təklifini Türkiyəyə rəsmi olaraq çatdırıb Türkiyə Respublikası Nazirlər Kabinetinin 1991-ci il noyabrın 9-da keçirilən iclasında Azərbaycan Respublikasının müstəqilliyinin tanınması haqqında qərar qəbul edilib. Bununla da Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub.

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Qeyd etmək lazımdır ki, Türkiyə Azərbaycan siyasi əlaqələrlə yanaşı, iqtisadi münasibətləri daim inkişaf etdirib. Belə ki, Xəzər dənizi enerji qaynaqlarının dünya bazarlarına çıxarılmasını nəzərdə tutan layihələrin reallaşdırılması Azərbaycan Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım olub. 16 avqust 2010-cu il tarixində "Azərbaycan Respublikası Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə" imzalanıb.

30 il ərzində iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi hər zaman davam etdirilib. Azərbaycan Respublikasının ən ağrılı problemi olan Qarabağ məsələsində qardaş Türkiyə daim Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq arenalarda dəstəkləyib. Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər bu günün, dünənin iqtisadi maraqları əsasında formalaşıb. Bu əlaqələr dərin tarixi köklərə bağlanır. Azərbaycan xalqı 2020-ci ildə Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının diplomatik mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. 15 iyun 2021-ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında" Bəyannamə imzalayıblar. Beləliklə, Azərbaycan Türkiyə müttəfiqliyi rəsmən bəyan edilmiş oldu.

Qeyd etmək lazımdır ki, bu il fevralın 6-da Türkiyənin cənubunda baş verən 7.9 bal gücündə dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ölkəmizdə dərin hüznlə qarşılandı. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək yardım göstərən Azərbaycan bu çətin zamanlarda da qardaşının köməyinə çatan ilk ölkə oldu. Biz dövlət xalq olaraq qardaşlarımızın ağır günündə səfərbər olduq.

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən TEKNOFEST aerokosmik texnologiya festivalında iştirak ediblər. Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan, Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva məkana qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan "Togg" avtomobili ilə gəldilər.

Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti dedi: "Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti xalqı bu müddətdə dostluğun qardaşlığın demək olduğunu göstərdi".

Qeyd edək ki, mayın 28- Türkiyədə Prezident Parlament seçkiləri oldu. İyunun 3- isə seçkilərdə qalib gələn Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirildi. Mərasimdə Rəcəb Tayyib Ərdoğan İlham Əliyevin səmimi görüşü zalda əyləşənlər tərəfindən alqışlarla müşayiət olunub. Seçkilər zamanı İlham Əliyevin öz qardaşı, dostu, müttəfiqi Rəcəb Tayyib Ərdoğana dəstəyi, yanında olduğunu bəyan etməsi danılmazdır. Dünya bir daha Azərbayan-Türkiyə qardaşlığının nümunəsinin şahidi oldu.

Seçkilərdə millətin iradəsinin əksini tapdığını, "Türk əsri"nin ölkənin yeni inkişaf mərhələsinin başladığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacağını qeyd etdi. Türkiyə Respublikasının yaradılmasının 100- ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdırdı.

Son 20 ildə qardaş Türkiyənin bütün sahələrdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin fonunda daim bu məqam xüsusi vurğulanır ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür. Son 20 ilin uğurlarına söykənərək qardaş ölkənin daha sürətlə inkişaf edəcəyinə, hər bir sahədə dünyaya nümunə olacağına əminik.

Türkiyə-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. İki qardaş ölkə arasında münasibətlərin ölkəmizin başçısının bildirdiyi kimi, bir düsturu var: "Bir millət, iki dövlət, bir yumruq!".

Röya RÜSTƏMLİ,

"Respublika".