Türkiyənin Şuşada baş konsulluğu istənilən vaxt açıla bilər
Türk dünyası

 Türkiyənin Şuşada baş konsulluğu istənilən vaxt açıla bilər

"Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13- ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa. Azadlığına qovuşandan keçən üç ilə yaxın müddətdə bu qədim yurd yerimiz yerli beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etməklə özünün bu xeyirxah missiyasını uğurla yerinə yetirir. 28 il ərzində erməni vandalları tərəfindən dağıdılmış tarixi binaları bərpa edildikcə, qurumuş bulaqları cana gəldikcə Şuşamız dirçəlir, daha çox qonaq-qaralı olur, dostları sevindirir, düşməni məyus edir. Bu qısa müddətdə sürətlə dəyişən mədəniyyət paytaxtımız işğal dövründə qədər sındırılsa da əyilmədiyini, milli qürurumuzu qoruduğunu fəxr hissilə söyləyir gələnlərə. Bütün bunlarla bir daha Azərbaycanın əzəli torpağı olduğunu dünyaya nümayiş etdirir. 28 illik işğal dövründə Şuşamızın ona məxsusluğunu iddia edən Ermənistan mədəni dini abidələrimizi yerlə-yeksan etməklə qədər tarixi silməyə çalışsa da, buna nail ola bilməyəcəyinin fərqində idi. Şuşa ilə başlayan məğlubiyyətimiz Şuşa ilə qalibiyyətə döndü. Torpaqlarımızın işğalı Şuşa ilə başlayıb Şuşa ilə bitdi. 44 günlük müharibə Şuşanın düşməndən geri alınması ilə başa çatdı. Məhz Şuşa əməliyyatından sonra kapitulyasiya aktına imza atan Ermənistan tarixi silməyin mümkünsüzlüyünü, xalqımızın öz tarixinə sahib çıxan, yenilməz, məğrur xalq olduğunu bir daha dərk etdi.

2021-ci il iyunun 15- - Milli Qurtuluş Günündə Şuşa həm diplomatik paytaxt olduğunu sübuta yetirdi. Həmin gün iki dost, qardaş ölkə - Azərbaycan Türkiyənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik edən Şuşa daha sonra bir-birinin ardınca bir neçə beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etdi. İndi əminliklə söyləmək olar ki, bu cür tədbirlərin baş tutduğu Şuşa artıq önəmli bir məkana çevrilib. Çünki qarşıda Qafqazda yeni dövrü - sülh əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edən Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində yeni reallıqlarını daha da gücləndirmək, regionla bağlı strategiyanı təqdim etmək kimi mühüm məsələ durur. Söz yox ki, belə tədbirlərin azad Qarabağımızda, azad Şuşamızda keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcəkdir.

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açıb. Bu baxımdan, Şuşa Bəyannaməsi müstəsna siyasi tarixi əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı bütün dünya bu reallığın şahidi oldu. O, keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı Qars müqaviləsini xatırlatmış, bildirmişdi ki, yüz ildən sonra iki ölkə arasında müttəfiqlik haqqında yeni sənədin imzalanması da rəmzi məna daşıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra Azərbaycana səfəri zamanı mətbuata bəyanatında demişdir: "Şuşa Bəyannaməsinin müddəalarını da, İnşallah, bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq bu məsələdə güzəştə getməyəcəyik".

Şuşa Bəyannaməsində isə hər iki ölkənin maraqlarına xidmət edən müddəalar yaxın uzaq gələcəyə hesablanıb. Bu tarixi sənədin "Şuşa İli"ndə hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməsi artıq təhlükəsizliyimizin təmin olunması ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır. Bəyannamədən irəli gələn strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verəcək. İmzalanma mərasimindən sonra mətbuata bəyanatla çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında əlaqələrdən söz açaraq Bəyannamədə gələcəklə bağlı addımlar atarkən, artıq təkcə iki ölkənin deyil, bölgəni əhatə edən bir qətiyyətin ifadə olunduğunu demişdir: "Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, İnşallah baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə həyata keçirəcəyimiz fəaliyyətlərin daha sürətli səmərəli şəkildə icra olunmasını da təmin edəcəyik".

2022-ci ilin oktyabrında Azərbaycana rəsmi səfərdən qayıdarkən Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində Şuşa ilə bağlı sualı cavablandırarkən Azərbaycan Prezidentinin Şuşanın dirçəldilməsi istiqamətində gördüyü işlərə yüksək dəyər vermiş: "Biz Şuşada baş konsulluq açacağıq", - demişdir. İyunun 13- İlham Əliyev Türkiyə Prezidentinin iştirakı ilə keçirilən görüşdə qardaş ölkənin lideri bir daha Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrdən danışarkən onu bütün sahələrdə inkişaf etdirmək niyyətində olduqlarını bildirmiş demişdir: "Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə heç gecikdirmədən, İnşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır".

Zümrüd QURBANQIZI,

"Respublika".