Maraqlı

"Twitter" şirkətinin loqosu tamamilə aradan qaldırılıb

X-in binasındakı Twitter loqosu tamamilə silinib.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Əvvəllər Twitter kimi tanınan "X", adı ilə yanaşı loqosunu da dəyişib. Bunun əvəzinə LED işıqlı X loqosu şirkətin binasının yuxarı hissəsində yerləşirilib.

Nəzrin ELDARQIZI,

"Respublika".