Ümummilli Liderin dövlət quruculuğu konsepsiyasında polis təhsili
Siyasət

Ümummilli Liderin dövlət quruculuğu konsepsiyasında polis təhsili

Dünya tarixinə adını yazdıran, illər sonra tarixçilərin, araşdırmaçıların adi insanların belə maraq dairəsini cəlb edən şəxsiyyətlərin həyat fəaliyyəti tədricən şəxsi ölçülərdən çıxaraq dünyəvi xarakter alır. Çünki məhz bu insanlar dünyada baş verən hadisə proseslərə təsir etmək, onu istiqamətləndirmək gücünə malik olurlar. Belə fenomenal şəxsiyyətlərin sırasına zəmanəmizin böyük azərbaycanlısı, XX əsrin nəhəng simalarından biri Heydər Əlirza oğlu Əliyevi aid etmək olar. Bu baxımdan, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün bənzərsiz təkrarolunmaz töhfədir.

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol 1969-cu ilə - Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Qarşıya çıxan çətinliklərə baxmayaraq, O, öz parlaq siyasi zəkası istedadı sayəsində müstəqil güclü Azərbaycanın təməlini atmış, onun bugünkü gerçəkliklərini yaratmış gələcəyə aparan yolları müəyyən etmişdir.

Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il avqust plenumundakı məruzəsi təkcə Azərbaycanda yox, bütövlükdə sovet cəmiyyətində yaranmış neqativ halların çatışmazlıqların təhlilinə, habelə onların aradan qaldırılmasına həsr olunmuşdu. Təsadüfi deyildi ki, həmin illərdə liderin belə cəsarətli çıxışı nəinki düşünən beyinləri, habelə bütün cəmiyyəti silkələyərək qəflət yuxusundan ayıltmış, onu yeni quruculuq işlərinə ruhlandırmışdı.

Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda sürətli inkişaf strategiyasının seçilməsi 1969-cu ildə əsası qoyulmuş idarəetmə fəlsəfəsinin aparıcı ideya qayəsini təşkil edir. Qısa vaxtda cəmiyyətin bütün sahələrinin sürətli yüksəlişi, istehsalın, elmin, mədəniyyətin tərəqqisi gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən əzəmətli planın tərkib hissələri idi.

Bu gün Azərbaycanın müasir intibah dövrü kimi dəyərləndirilən ötən əsrin 70-80-ci illərinin böyük inkişaf epoxası azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına əlverişli zəmin yaratmışdır. Həmin illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətlənmişdi bu, Heydər Əliyev tərəfindən çox böyük həssaslıq uzaqgörənliklə idarə olunurdu.

Respublikanın rəhbəri kimi Heydər Əliyevin gələcəyə yönəlmiş inkişaf strategiyasının əsasını iqtisadiyyatın tezliklə dirçəldilməsi, Azərbaycanın təbii ehtiyatlarından, iqtisadi, mədəni, elm təhsil potensialından xalqın bəhrələnməsi üçün əlverişli şəraitin yaradılması təşkil edirdi. Bu baxımdan, Azərbaycanın həmin illərdə əldə etdiyi nailiyyətlər XX əsrin sonunda müstəqil dövlət quruculuğunda mühüm rol oynadı.

Xalqımız müstəqillik mübarizəsinə qalxdığı günlərdə O, haqq səsini ucaltmış, Azərbaycana qarşı törədilən haqsızlıqlara qarşı qətiyyətlə mübarizə aparmışdı. Ulu öndər 1990- ildə Moskvadan vətənə qayıtdıqdan sonra siyasi burulğanlarda məhv olma təhlükəsi ilə üzləşən Azərbaycanın taleyində dönüş yaradan önəmli qərarlara imza atdı.

1993- ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtması məqsədilə ayağa qalxdı bu, ümummilli hərəkata çevrildi. 15 iyun 1993- il tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin gün müdrik siyasətçinin, təcrübəli iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı özünün daha şərəfli əzəmətli mərhələsinə daxil oldu.

Bu qayıdışdan sonra ölkənin müxtəlif sahələrində əsaslı dönüş yarandı müstəqil dövlət quruculuğu prosesi başlandı. Əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanılması istiqamətində atılan uğurlu addımlarla Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994- ilin oktyabr 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu, ölkədə möhkəm, davamlı sabitlik təmin edildi.

Vaxtilə dünya siyasətindən təcrid olunmuş, informasiya blokadasında sıxılan Azərbaycana dahi Heydər Əliyevin fəal diplomatiyası sayəsində dünyanın bütün demokratik dövlətlərinin aparıcı ictimai təşkilatlarının münasibəti dəyişdi. Ölkəmiz qlobal beynəlxalq siyasətə qoşuldu, dünya birliyinə inteqrasiya etdi, ən nüfuzlu beynəlxalq təşkilatların, birliklərin üzvü seçildi. Bununla da Azərbaycan dövlət müstəqilliyini daha da möhkəmləndirdi.

Böyük dövlət xadimi kimi Heydər Əliyev idarəçilikdə demokratik metodlara, aşkarlığa, kadrların yaradıcılıq təşəbbüskarlığına şərait yaradırdı. Müstəqil, demokratik dövlət quruculuğu prosesinə töhfə verən hər bir təşəbbüsün qiymətləndirilməsi, onun həyata keçirilməsi üçün bütün əngəllərin aradan qaldırılması ulu öndər idarəçiliyinin prioritetlərindən biri idi.

1995-ci ildə ölkənin bəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, demokratik parlament seçkilərinin keçirilməsi, ölkə tarixində ilk dəfə olaraq Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, hüquq-mühafizə orqanlarında kadr struktur islahatlarının aparılması Azərbaycanın demokratik dövlət quruculuğu yolunda atılan önəmli addımlardandır.

Siyasi plüralizmə rəvac verilməsi, söz mətbuat azadlığının təmin edilməsi, siyasi partiyaların ictimai təşkilatların fəaliyyəti üçün əlverişli şərait yaradılması ölkəmizdə demokratik mühitin qəti şəkildə qərarlaşdığından xəbər verirdi. İnsan hüquq azadlıqlarının qorunması, humanizm, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi Heydər Əliyev hakimiyyətinin mahiyyətini təşkil edən dəyərlər kimi qiymətləndirilir.

Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə hüquq-mühafizə orqanlarının fəaliyyətində əsaslı dönüş yarandı, bu orqanlarda ciddi intizam, tələbkarlıq, dövlət mənafeyi amilləri ön plana çəkildi, mühüm təşkilati tədbirlər həyata keçirildi.

9 avqust 1994- il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərmanın icrasına başlandığı andan qısa bir müddət sonra Heydər Əliyevin çıxışlarının birində "Azərbaycan polisi bir tərəfdən milli müdafiə funksiyalarını yerinə yetirərək ərazi bütövlüyümüz uğrunda erməni qəsbkarlarına separatizmə qarşı ağır döyüşlərdə iştirak etmiş, bu yolda yüzlərlə qurban vermişdir. Digər tərəfdən isə, dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, mütəşəkkil cinayətkar qruplaşmaların, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir. Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını xidməti mənafeyini hər şeydən üstün tutmuşdur" fikrini ifadə etməsi Azərbaycan polisinin fəaliyyətinə verilən ən yüksək qiymət polisin xalq qarşısında xidmətlərinin təcəssümüdür.

Daxili işlər orqanları sistemində mövcud olan problemlərin həlli məqsədilə ümummilli lider tərəfindən verilmiş fərman sərəncamlar bu sahəyə diqqətin ən yaxşı göstəricisi olaraq prioritet sayılan hüquq-mühafizə siyasətinin hüquqi bazasını yaratmaqla yanaşı, müstəqil respublikanı qoruyub saxlamaq inkişaf etdirmək üçün zəruri olan sahəvi kadr hazırlığının da təməli qoyuldu.

Dövlət quruculuğunun mahir bilicisi olan böyük şəxsiyyət Heydər Əliyevin təhsil sahəsində uzaqgörən siyasəti bütün sahələrdə olduğu kimi, polis təhsili sahəsində öz səmərəsini verdi. Polis təhsili daim təkmilləşən, dinamik surətdə inkişaf edən təhsil sistemində özünəməxsus yer tutmaqla, respublikada aparılan islahatlara müvafiq olaraq yeniləndi inkişaf etdirildi.

Polisin mütərəqqi prinsip üsullarla təşkilatlanmasının arxasında müdrik təfəkkür uzaqgörən siyasi düşüncə dayanırdı. Ümummilli lider azərbaycançılıq ideologiyası ilə yetişən gənclikdən, o cümlədən hər bir polis əməkdaşından vətənini sevməyi peşəkarlıq göstərərək andından dönməməyi tələb edirdi. Heydər Əliyev polisin roluna xüsusi önəm verərək qeyd edirdi: "Azərbaycan polisi çətin şərəfli yol keçmiş, tarixin sınaqlarından ləyaqətlə çıxaraq mütəşəkkil mübariz bir quruma çevrilmiş, əsl fədakarlıq peşəkarlıq nümunələri göstərmişdir".

Heydər Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında kadr struktur islahatları aparılaraq polisin fəaliyyət istiqamətlərində əsaslı dönüş yaradıldı. Görkəmli ictimai-siyasi xadimin qurub-yaratdığı müasir, günü-gündən inkişaf edib qüdrətlənən Azərbaycan Respublikasında bu gün ölkə Prezidenti cənab İlham Əliyevin böyük inamla davam etdirdiyi dövlət quruculuğu islahatları daxili işlər orqanlarının fəaliyyətinə öz əhəmiyyətli təsirini göstərmişdir. Müasirlik modern islahatlar polisin fəaliyyətinə sürət dinamizm qataraq hüquq-mühafizə orqanı kimi təkmil quruma çevrilməsinə zəmin yaratmışdır.

Heydər Əliyevin polis təhsilinə verdiyi dəyər qarşıda qoyulan strateji vəzifələr bu sahədə aparılan islahatlar dövrünün başlanğıcı oldu. Heydər Əliyev polis orqanlarının fəaliyyətini diqqət mərkəzində saxlayaraq, onların savadlı kadrlarla təminatına, ali hüquq təhsili olan peşəkarların bu orqanlarda yer tutmasına diqqət qayğı göstərirdi. Təcrübəli siyasətçi polis əməkdaşının öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik, iradəli, cəsarətli, qorxmaz olmasını tövsiyə tələb edirdi. Ulu öndərin diqqəti sayəsində Polis Akademiyasında müasir dünya standartlarına cavab verən peşəkar polis kadrlarının yetişdirilməsi işi yeni vüsət aldı.

İctimai təhlükəsizliyin təmin edilməsi cinayətkarlığa qarşı mübarizədə fədakarlıq, yüksək bacarıq vərdişlər nümayiş etdirən polis əməkdaşlarının peşəkar hüquqşünas hazırlığının əsasını Polis Akademiyasının professor-müəllim heyətinin gərgin əməyi təşkil edir. Daxili işlər orqanlarının fəaliyyətinin elmi təməl üzərində qurulmasında strateji hədəflərə istiqamətlənməsində Polis Akademiyasının əvəzsiz rolu vardır. Bu sirr deyil ki, yalnız məzmunlu əhatəli tədris prosesi yüksək zəkaya peşəkarlığa malik polis kadrlarının yetişdirilməsinə qadirdir.

Daxili İşlər Nazirliyinin Polis Akademiyası peşəkar hüquqşünas kadrlar hazırlayan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Polis Akademiyasında müasir təhsil texnologiyaları əsasında ali təhsilin hər üç səviyyəsi - bakalavriatura, magistratura doktorantura, əlavə təhsil proqramı üzrə isə ixtisasartırma, kadrların ilkin xüsusi hazırlıq kursları eyni zamanda təkrar ali təhsil üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Müasir təhsil texnologiyaları, həmçinin ixtisaslı kadrlara olan böyük tələbat Polis Akademiyasında perspektiv təhsil sistemlərinin formalaşdırılmasını şərtləndirir. Yeniliyi, intibahı, yüksək zəkaya əsaslanan analitik təfəkkürü özündə ehtiva edən dinamik təhsil sistemi imkan verir ki, insan resurslarımızı daha da müasirləşdirək, onları mürəkkəb həyati situasiyalara hazırlayaq, həmçinin səmərəli idarəçilik mexanizmləri yaradaq.

Müsbət nəticələrimizin kökündə intellektual inkişafı təmin edən məzmunlu hərtərəfli bilik dayanır. Kollektivimizin gərgin məhsuldar zəhməti ilə formalaşdırılan mütərəqqi tədris prosesi bu biliyin təməlidir.

İctimai münasibətlərin sosial-neqativ təzahürlərin dinamik dəyişkənliyi cinayətkarlığın da göstəricilərinə əsaslı təsir göstərmiş, həmçinin yeni növ cinayətlərin yaranmasına səbəb olmuşdur. Nəzəri biliklərin təcrübi fəaliyyətin vəhdətdə təkamülünü təmin etmək üçün polis orqanlarının cinayət-prosessual, əməliyyat-axtarış, inzibati fəaliyyətləri ilə bağlı həlli mürəkkəb olan məsələlər Akademiyada müzakirə olunaraq praktiki fəaliyyətə dəstək üçün zəruri tövsiyə təkliflər hazırlanır. Cinayətkarlığın müxtəlif növləri artıq daimi olaraq keçirilən elmi-praktik konfransların, dəyirmi masaların, təlimlərin tədqiqat obyekti olaraq araşdırılır. Əldə olunmuş nəticələr tədris prosesində, elmi-yaradıcılıqda, həmçinin praktiki fəaliyyətdə geniş istifadə olunur. Polis orqanlarının əməkdaşları arasında keçirilmiş sorğunun nəticələrinə görə, Akademiyada müzakirə obyekti olaraq tədqiq edilmiş məsələlər praktiki fəaliyyətdə uğurla tətbiq olunur.

Tədris prosesinin məzmununu təşkil edən üç elementin - təhsil, təlim tərbiyənin uzlaşması harmonik olaraq inkişafı əsas hədəflərimizdəndir. Təhsilin məzmunu ictimai münasibətlərin sürətli dəyişkənliyinə uyğun olaraq təkmilləşdirilir təhsilalanlara sosial sifarişin əsas meyarları nəzərə alınmaqla zəruri bilik, bacarıq vərdişlər aşılanır.

Bilik bacarıqların daha effektiv mənimsənilməsini təmin etmək üçün Akademiyanın illərlə yaradılan tədris bazası yüksək tələblərə cavab verir. Çoxlu sayda tədris digər ədəbiyyatlardan ibarət zəngin kitabxana fondu təhsilalanların istifadəsindədir. Müasir meyarlara cavab verən elektron kitabxanamız da təhsilalanlar hüquq ictimaiyyəti tərəfindən geniş istifadə olunur.

Elmi yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə "Polis Akademiyasının Elmi Xəbərləri" jurnalı dərc olunur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxil edilmişdir.

Akademiyada mövcud olan zəngin infrastruktur təlim texnologiyalarımızın inkişafından asılıdır. Təhsilalanlara verilən nəzəri biliklərin aşılanması təlimin məzmununu təşkil edir. Məzmunlu nəzəri müddəaları təhsilalanlara çatdırmaq üçün pedaqoji heyətin zəruri metodoloji bazaya malik olması fəaliyyətimizin uğurlu nəticəsinə təsir edən əsas faktorlardan biridir. Bu səbəbdən, dərslərdə interaktivliyin təmin olunması, pedaqoji təcrübənin ustalığın artırılması ilə bağlı işlərimiz müntəzəm olaraq təkmilləşdirilir. Tədris edilən fənlər üzrə müasir avadanlıqlarla kompüter texnikası ilə təchiz edilmiş çoxsaylı fənn kabinetləri, tədris modulları, interaktiv tədris auditoriyaları idman meydançaları fəaliyyət göstərir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Polis Akademiyasına səfərləri zamanı söylədiyi proqram əhəmiyyətli nitqi qarşımızda daha böyük vəzifələr müəyyən edir. Cənab Prezidentin "Polis işçiləri xalqla birbaşa təmasda olan insanlardır. Ona görə mənim əsas tələbimdir ki, polis qətiyyətli olmalıdır, onun çox böyük peşəkarlığı olmalıdır, həm polis işçiləri özlərini çox mədəni şəkildə aparmalıdır. Belə olan halda, siz Azərbaycan xalqının daha böyük rəğbətini qazanacaqsız. Bu işlərdə Polis Akademiyasının böyük rolu var" kimi tələb tövsiyələri fəaliyyətimizin gələcək istiqamətlərini müəyyənləşdirdi.

Təhsil təlimin vəhdəti cəmiyyət dövlət üçün faydalı olan, sağlam mütərəqqi düşünməyi bacaran gənc polis zabitlərinin yetişdirilməsi ilə nəticələnməlidir. Yüksək intizam, icraçılıq dözümlülük xüsusiyyətlərinin aşılanması, milli-mənəvi ümumbəşəri dəyərlərin mənimsənilməsi, dövlətçilik azərbaycançılıq ideyalarına sadiq, insan hüquqlarına azadlıqlarına hörmətlə yanaşan şəxsiyyətin formalaşması pedaqoji prosesin ən vacib məsələlərindəndir. Məhz bu prosesin təsiri nəticəsində təhsilalanların şəxsiyyətində hərtərəfli ahəngdar inkişafı təmin edən müsbət komponentlər, yaradıcı təfəkkür formalaşır. Fəaliyyətimizin əsas məqsədi vətənini sevən, insan hüquq azadlıqlarına hörmətlə yanaşan, sağlam vətəndaş mövqeyi nümayiş etdirən polis zabitlərinin yetişdirilməsidir.

Bu gün təməli Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası sürətlə inkişaf edir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə, torpaqlarımızın işğaldan azad olunması ilə ölkəmizin Cənubi Qafqazın lider dövlətinə regional gücə çevrilməsi ulu öndərin onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir.

Cənab Prezidentin təbirincə desək, "dünyada sülh adası sabitlik məkanı" olan müstəqil Azərbaycan ulu öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər birimizin şərəfli vəzifəsidir.

Canpolad DAANOV,

Azərbaycan Respublikası

DİN-in Polis Akademiyasının rəisi,

polis general-mayoru.