Ümumtürk dünyasının həmrəyliyi Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir
Siyasət

Ümumtürk dünyasının həmrəyliyi Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir

Ümummilli Lider 1998-ci il iyunun 9-da Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin başçılarının V Zirvə görüşündə iştirak etmişdir

"Dövlətlərimizin sıx, bərabərhüquqlu səmərəli əməkdaşlığı zamanın hökmüdür, bizim bütün əvvəlki tariximizdən müasir siyasi iqtisadi gedişindən irəli gələn obyektiv zərurətdir. Yeni minilliyin astanasında ölkələrimizi nəinki tarixi köklər, adət ənənələr, həm dövlətlərimizin müstəqilliyi suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün sabitliyin bərqərar edilməsi, vətəndaşlarımızın həyatının, rifahının yaxşılaşdırılması kimi ümummilli mənafelər birləşdirir. Əminəm ki, dünya sivilizasiyasının inkişafına böyük töhfə vermiş olan xalqlarımız bu vəzifələri uğurla yerinə yetirəcək XXI əsrə ulu əcdadlarımızın layiqli varisləri kimi qədəm qoyacaqlar". Ümummilli lider Heydər Əliyev bu fikirləri türkdilli dövlətlərin başçılarının V Zirvə görüşündə söyləmişdir.

Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında, dünyada mövqeyinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri olmuşdur. Ümummilli lider respublikaya rəhbərliyinin ikinci dövründə müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin iqtisadiyyatını inkişaf etdirmək, ölkəni böhran vəziyyətindən çıxarmaq, 80-ci illərin sonu, 90- illərin əvvəllərindən başlayan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq istiqamətində məqsədyönlü fəaliyyət aparmışdır. Heydər Əliyevin diplomatik fəaliyyətində ortaq mədəni irsə, eyni soykökə malik olan ümumtürk dünyasının həmrəyliyi, türk dövlətləri arasında əlaqələrin qurulması inkişaf etdirilməsi əsas strateji xətt təşkil etmişdir.

Türk dövlətləri arasında daha sıx əməkdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyan Türkdilli Dövlətlərin başçılarının V Zirvə Toplantısı 1998-ci il iyunun 9-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin Zirvə görüşündə iştirakı, onun diplomatik təcrübəsi iştirakçı ölkələr arasında əməkdaşlığın təbliğində mühüm rol oynamışdır. Görüşdə ortaq problemləri həll etmək, daha geniş əməkdaşlıq imkanlarını araşdırmaq, bu istiqamətdə səyləri birləşdirmək ticarət, enerji, nəqliyyat, mədəni mübadilə təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılmışdır. Görüş, həmçinin türk xalqları arasında gələcək əməkdaşlıq səyləri üçün zəmin, etibar anlaşma mühiti yaratmışdır.

Müzakirələrdə fəal iştirak edən Heydər Əliyev türk xalqları arasında daha sıx iqtisadi əməkdaşlıq enerji tərəfdaşlığı potensialını vurğulamış, infrastrukturun inkişafının, ticarətin asanlaşdırılmasının regionda iqtisadi artımı sabitliyi gücləndirə biləcək birgə layihələrin vacibliyini qeyd etmişdir. Türk xalqlarının zəngin mədəni sərvətlərini tarixi əlaqələrini vurğulayan ulu öndər mədəni mübadilənin, təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı əlaqələrin şaxələndirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.

Türkdilli dövlətlərin başçılarının Zirvə görüşünün keçirilməsinin artıq bir ənənəyə çevrildiyini bildirən ulu öndər bu görüşlərin dünya iqtisadi sisteminə uğurlu inteqrasiyaya, yeni Avrasiya nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsinə, Transxəzər enerji magistrallarının çəkilməsinə, Böyük İpək yolunun dirçəldilməsinə böyük perspektivlər yaratdığını vurğulamışdır. Ümummilli lider, həmçinin 1996- ilin may ayında Türkmənistanın Sərəxs şəhərində Transqafqaz nəqliyyat dəhlizi haqqında imzalanmış sazişin uğurla həyata keçirildiyini bunun nəticəsində Avropadan Asiyaya daşınan yüklərin miqdarının xeyli artdığını, Bakı-Ceyhan boru kəmərinin çəkilişinin davam etdiyini bildirmişdir.

TRASEKA proqramı üzrə "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizinin yaradılmasına dair Avropa Birliyinin layihəsinin həyata keçirilməsi üzrə işlərin sürətlə aparıldığını sentyabr ayında layihədə iştirak edən ölkələrin dövlət hökumət başçılarının Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.

Ulu öndər xalqlarımızın mənəvi irsinin qorunub saxlanmasında, təbliğində Zirvə görüşlərinin əhəmiyyətindən danışaraq qırğızların "Manas" eposunun minilliyinin, özbək xalqının böyük oğlu Əmir Teymurun 660 illiyinin, Şərqin görkəmli mütəfəkkiri, Azərbaycan şairi Füzulinin 500 illiyinin, böyük qazax şairi Abayın 150 illiyinin böyük təntənə ilə keçirilməsinin ümumtürk xalqlarının mədəni həyatında mühüm hadisə olduğunu bildirmiş 1999-cu ildə türk dünyasının sərvəti hesab olunan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin Azərbaycanda UNESCO ilə birlikdə keçiriləcəyini qeyd etmişdir.

Təhlükəsizlik məsələlərinə toxunan ümummilli lider silahlı münaqişələrə, separatizm, təcavüzkar millətçilik təzahürlərinə, mövcud dövlət sərhədlərini zor gücünə dəyişdirmək, müstəqil dövlətlərin ərazi bütövlüyünü pozmaq cəhdlərinə yol verməmək üçün türk dövlətlərinin səylərinin birləşdirməsinin vacibliyini diqqətə çatdırmış bu kontekstdə Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın ərazilərinin 20 faizdən artıq hissəsinin işğal olunduğunu bildirmişdir. Prezident Heydər Əliyev ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etmiş uzunmüddətli sülhə nail olunması üçün mühüm addımlar atıldığını diqqətə çatdırmışdır. Zirvə görüşündə çıxışı zamanı Azərbaycanın dövlət başçısı qətiyyətlə bildirmişdir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər azad edilməli, dinc sakinlər doğma yurd yerlərinə qayıtmalıdırlar.

Türkdilli dövlətlərin forumunun fəaliyyətini dəstəkləyən ulu öndər bu görüşlərin dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsində, siyasi iqtisadi islahatların aparılmasında, xalqlarımızın rifah halının yaxşılaşdırılmasında rolunu əhəmiyyətini yüksək qiymətləndirmişdir. Heydər Əliyevin sammitdə fəal iştirakı onun türk dünyasının inteqrasiyasının regional birliyin təşviqində liderlik rolunu nümayiş etdirmişdir. Ulu öndərin vahid firavan türk birliyi ilə bağlı tövsiyələri türk dövlətləri arasında gələcək əməkdaşlığın əsasını qoymuşdur.

Mehparə ƏLİYEVA,

"Respublika".