Varşavada
Digər xəbərlər

Varşavada "Azərbaycanda Polşa irsinin inciləri" sərgisi təşkil olunub

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Seymində təşkil olunan "Azərbaycanda Polşa irsinin inciləri" sərgisində olub.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Polşa Seyminin sədri Elzbieta Vitek bu cür tədbirlərin münasibətlərimizin inkişafına töhfə verdiyini, xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, belə tədbirlər xalqlarımızın mədəni dəyərlərinin təbliğinə imkan verir.

Sahibə Qafarova Şərqlə Qərbin qovuşduğu Azərbaycanın çoxsaylı mədəniyyətlərin vətəni olmasından söz açıb. Diqqətə çatdırıb ki, Azərbaycanda böyük sivilizasiyalar mövcud olub, milli mənsubiyyətindən asılı olmayaraq, multikulturalizm tolerantlıq hər bir azərbaycanlının həyatının ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə mövcud olan 200 illik polyak mirasını xüsusi vurğulayan Milli Məclisin sədri polyakların tarixən Azərbaycanda memar, hüquqşünas, mühəndis, müəllim, hərbçi, sahibkar dövlət xadimi kimi fərqləndiklərini qeyd edib.

Polyakların müsəlman Şərqində Türk dünyasında ilk dünyəvi, parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində iştirak etdikləri diqqətə çatdırılıb. Bildirilib ki, onlar demək olar bütün hökumət strukturlarında təmsil olunublar. S.Qafarova qeyd edib ki, həmin dövrdə Azərbaycan parlamentində milli azlıqları təmsil edən deputatlardan biri məhz Polyak Milli Şurasının nümayəndəsi Stanislav Vonsoviç olub.

Milli Məclisin sədri XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının özünəməxsus gözəlliyinin yaradılmasında möhtəşəm irs qoymuş polyak memarların rolunu xüsusi vurğulayıb, onlar haqqında məlumat verib.

Qeyd edilib ki, sərgidə həmin məşhur polyak memarların şah əsərləri nümayiş olunur.