Şəhid anası olmağımla qürur duyuram
Region

Şəhid anası olmağımla qürur duyuram

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sədaqət xanım zəng edərək "martın 6- mütləq Bakı şəhərində olmalısız" deyəndə sözün düzü, çox təəccübləndim. Dediyi vaxtda Bakıda oldum. Mənə Şəhidlər xiyabanının qarşısına gəlməyi söylədilər. Mən orada respublikamızın müxtəlif bölgələrindən olan xanımlarla tanış oldum. Bizə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə bir qrup ziyalıya respublikanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalının təqdimetmə mərasiminə dəvət almağımızı bildirdilər. Bu, mənim üçün gözlənilməz deyildi. Çünki işlədiyim 43 il müddətində hər zaman heç bir təmənna gözləmədən dövlətimin yanında olmağı özümə borc bilmişəm. Həmişə rayon tədbirlərində fəal iştirak etmişəm.

17 il müddətində təşkilatçı işlədiyim Balakən şəhəri Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar Texniki təmayüllü liseydə minlərlə məzunun respublikanın müxtəlif ali təhsil müəssisələrində təhsil almasında onların bir mütəxəssis kimi dövlət üçün əhəmiyyətli sahələrdə işləməsində mənim zəhmətim var. Bu gün onların sorağı nəinki respublikamızın ayrı-ayrı guşələrindən, hətta dünyanın bir çox ölkələrindən gəlir. Gənclərin vətənpərvər ruhda yetişmələri üçün qarşıma məqsəd qoymuşam, əlimdən gələni əsirgəməmişəm. 44 günlük Vətən müharibəsində liseyin 40-dan artıq məzunu müharibədə ön cəbhədə, vətənimizin işğalçılardan azad olunması uğrunda döyüşlərdə iştirak etmiş, onlardan 3 nəfəri şəhid olmuşdur. Liseyin ilk şəhidi Kamal Məmmədov mənim övladımdır. Digər şəhidlərimiz isə Elmir Kərimov Amin Novruzovdur.

Bir ana kimi iki övladımın Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi məni çox qürurlandırır. Mən fəxr edirəm ki, Amal Kamal kimi vətənpərvər, mərd, igid, vətənini canından çox sevən övladların anasıyam.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə birlikdə ulu öndərin məzarını ziyarət etdik üzərinə çiçəklər qoyduq sonra təqdimat mərasiminə qatıldıq. Bu gün mənim üçün unudulmaz bir gün oldu.

Zümrüd MƏMMƏDOVA,

Şəhid anası, Balakən şəhəri Vətən

Müharibəsi Qəhrəmanı Amin Novruzov adına

Humanitar Texniki təmayüllü liseyin təşkilatçısı,

"Tərəqqi" medallı.