“WhatsApp”-dan istifadəçilər üçün yeni funksiya
Maraqlı

“WhatsApp”-dan istifadəçilər üçün yeni funksiya

“WhatsApp” mesencerinin tərtibatçıları hesabın təhlükəsizliyini təkmilləşdirmək üçün yeni funksiya üzərində işləyirlər.

"Respublika" xəbər verir ki, bu barədə "Technopat" məlumat yayıb.

Bildirilib ki, bu, poçt ünvanından istifadə edərək istifadəçini yoxlamaqla mümkün olacaq. Belə ki, “WhatsApp” hesabı yoxlamaq üçün istifadəçidən e-poçt ünvanı istəyəcək.

Bununla belə, yeni “WhatsApp” funksiyası istifadəçilər üçün istəyə bağlı işləyəcək. İnsanlar iki faktorlu autentifikasiya qurarkən e-poçt ünvanı əlavə etməkdən imtina edə biləcəklər.
Bu funksiya inkişaf mərhələsindədir və hazırda yalnız Android 2.23.16.15 beta versiyası üçün “WhatsApp”ın bəzi istifadəçiləri üçün əlçatandır. Ehtimal olunur ki, bu funksiya ilk olaraq Android smartfonlar üçün tətbiqin yeni stabil versiyasında görünəcək və ondan sonra iOS-da iPhone üçün versiyaya əlavə olunacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".