Xalqımızın əbədi iftixarı
Siyasət

Xalqımızın əbədi iftixarı

"Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur".

"Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamından.

Bu yazının müəllifi keçmiş Azərbaycan Neft Kimya İnstitutunda (hazırda ADNSU) təhsilini başa vurduqdan sonra XX əsrin 70-ci illərinin əvvəllərində Bakının qocaman neftçıxarma rayonu olan Lenin (indiki Sabunçu) rayonunda əmək fəaliyyətinə başlamışdır.

1980-ci illərin ortalarına qədər "Azneft" İstehsalat Birliyinin bu rayonda yerləşən müxtəlif müəssisələrində, o cümlədən həmin əmək kollektivlərinin seçkili vəzifələrində çalışmışam. 1978-ci ildə 1200-dən çox partiya üzvünü birləşdirən "Leninneft" NQÇİ-nin partiya komitəsinin katibi seçildim.

1980-ci il 26 yanvar tarixində məlumat verildi ki, növbəti gün Sov.İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyasının birinci katibi, Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış deputatlığa namizəd Heydər Əliyevin rayonun bir neçə müəssisə təşkilatlarında, o cümlədən "Leninneft" NQÇİ-nin 9 nömrəli neft mədənində seçicilərlə görüşü keçiriləcək.

Bu məlumatı alan kimi elə həmin gün NQÇİ-nin rəhbərləri ilə birlikdə 9 nömrəli neft mədənində olduq, müvafiq tövsiyələr verdik. Təyin olunan gün saat 08.30-da NQÇİ-nin rəhbərləri, mədənin sahə mühəndisləri digər işçilər Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədimizlə görüşmək üçün müəssisənin əsas kontorunun binası qarşında yığışmışdıq. Bir saatdan sonra burada respublika rəhbərini qarşıladıq.

Həmin günlə bağlı təəssüratlarım o qədər zəngindir ki, onlardan bəzi epizodları yazıya əlavə etmək istərdim. Heydər Əliyev dispetçer pultunun fəaliyyəti ilə tanış olduqdan sonra neft quyusuna yaxınlaşdı onun istismar vəziyyəti debiti ilə maraqlandı. Sahənin mühəndis-texniki işçiləri tərəfindən dərhal dəqiq əsaslı şəkildə praktiki izahatlar verildi.

Bundan sonra mədənin qırmızı guşəsində seçicilərlə görüş keçirildi. Buraya 100-dən çox neftçi toplaşmışdı, onlar əllərində tədbirlə bağlı müxtəlif portret plakatlarla gəlmişdilər. Rəyasət heyətində Heydər Əliyev, eləcə respublikanın bir sıra mərkəzi icra hakimiyyəti qurumlarının rəhbərləri, şəhər rayon rəhbərliyi əyləşmişdi.

Neftçilərin çıxışları zamanı Heydər Əliyev onların arzu istəklərini, seçici tapşırıqlarını maraqla dinləyir, həllini tapmamış problemləri barədə əlavə suallar verirdi. Onun üçün insanların həyatı çox vacib idi.

Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd Heydər Əliyevin valehedici parlaq çıxışı iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. O, çıxışında Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf templərindən, həmçinin rayon müəssisələrinin, o cümlədən qocaman neft-qazçıxarma idarəsinin uğurlarından danışaraq seçicilərin tapşırıqlarının neftçilərin müraciətlərinin yerinə yetirilməsi istiqamətində konkret işlərin görülməsinə xüsusi diqqət yetirdi.

Burada qeyd etmək istəyirəm ki, Heydər Əliyevlə tez-tez görüşən bilavasitə onun idarəçiliyində çalışan insanlar vurğulayırdılar ki, ulu öndər çıxışlarına ya müxtəlif sahələr üzrə mütəxəssislərlə söhbət etməyə hazırlaşarkən onu maraqlandıran məsələ ilə bağlı çoxsaylı elmi informasiya məlumatları nəzərdən keçirər, qeydlər edər istənilən mütəxəssislə bərabər yüksək səviyyədə danışmağa hazır olardı. Bir sözlə, neftçilərlə seçkiqabağı görüşündə bu dahi insanın məsələyə necə dərin ciddi münasibət göstərməyinin canlı şahidi olduq.

Tədbirin sonunda Heydər Əliyev toplantı iştirakçıları ilə hərarətlə sağollaşdı, onlara yeni uğurlar qələbələr arzuladı. Mənə isə əlimi sıxaraq daha məhsuldar işləməyi, işdə daha çox inamlı cəsarətli olmağı tövsiyə etdi.

Həmin görüşdən təxminən iki ay sonra Heydər Əliyevin məsləhəti ilə keçmiş SSRİ Nazirlər Soveti sədrinin müavini Leonid Smirnov burada oldu. L.Smirnov onu müşayiət edən rəsmi şəxslər mədəndə neft hasilatı prosesinin təşkili ilə yaxından tanış olaraq, texniki heyətlə onu maraqlandıran məsələləri, o cümlədən neft yataqlarının istismarının daha gec mərhələsində həyata keçirilən geoloji-texniki işlərin səmərəliliyinin artırılması yollarını müzakirə etdilər. SSRİ Nazirlər Soveti sədrinin müavini bu səfərin nəticələri barədə Heydər Əliyevə ətraflı məlumat vermişdi.

İlk dəfə Heydər Əliyevlə görüşəndə 30 yaşım vardı. Mən həmin unudulmaz görüşdə Heydər Əliyevdən çox böyük mənəvi qida aldım.

Sonralar Heydər Əliyevin 1993-2003- illərdə dövlət başçısı olduğu dövrdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 20 ildən artıq işlədiyim müddətdə Administrasiyanın binasında, "Respublika Sarayı"nda keçirilən geniştərkibli bir sıra müşavirə toplantılarda ümummilli lideri görmək, çıxışlarını dinləmək mənə nəsib olmuşdur.

Belə tədbirlərin biri - 11 dekabr 1993- il tarixdə Heydər Əliyevin rəhbərliyi ilə Ağcabədi rayonunda nazirlik, idarə rayon rəhbərlərinin iştirakı ilə keçirilmiş zona müşavirəsi xatirəmdə silinməz izlər buraxmışdır. Bu müşavirə onun elə həmin ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra demək olar ki, keçirilən ilk zona müşavirələrindən biri idi. Müşavirəyə bir gün qalmış mən Prezident Administrasiyasının iki məsul işçisi rayona gəldik yerli rəhbərliklə nəzərdə tutulan müşavirənin hazırlanması keçirilməsi ilə əlaqədar məsələləri müzakirə etdik. Tədbirlə bağlı bir sıra təxirəsalınmaz təşkilati-texniki məsələləri həll etmək lazım idi. Növbəti gün günortaya doğru nəzərdə tutulan bütün işlər artıq icra olunmuşdu.

Axşama doğru, təxminən saat 18 radələrində Heydər Əliyevin maşını Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısındakı meydana daxil oldu. Burada rayon sakinlərinin böyük bir qrupu toplaşmışdı onlar ulu öndəri böyük sevinc hədsiz coşqu ilə qarşıladılar. Rayon sakinlərinin xahişi Heydər Əliyevin təkidi ilə elə burada - meydanda iştirakçılarla planlaşdırılmamış görüş keçirildi.

Toplantı iştirakçılarının onun ünvanına səsləndirdiyi xoş sözləri arzuları dinləyərək ulu öndər respublikada mövcud olan gərgin hərbi-siyasi vəziyyəti ətraflı təhlil etdi, sonra diqqəti iqtisadi problemlərə yönəltdi, yaranmış vəziyyəti normallaşdırmaq üçün ölkə rəhbərliyinin kimi tədbirlər gördüyündən danışdı. Rayon sakinləri öz növbəsində Heydər Əliyevi tam əmin etdilər ki, ölkə rəhbərliyini, onun siyasi xəttini dəstəkləyir, xalqın sıx birliyi yekdilliyi uğrunda çıxış edirlər.

Nəzərdə tutulan müşavirə həmin görüşdən sonra icra hakimiyyətinin akt zalında keçirildi demək olar ki, dörd saata yaxın davam etdi. Giriş sözündən sonra zona üzrə dəvət olunan rayon icra hakimiyyəti başçılarına söz verildi. Onlar Heydər Əliyevin cəbhəyanı bölgələrdə əhali, yerli qurumların rəhbər işçiləri, hərbçilərlə görüşlərinin əhəmiyyətindən danışdılar Azərbaycandakı hazırkı ictimai-siyasi vəziyyət, eləcə qaçqın köçkünlərə yardımın təşkili ilə əlaqədar problemlərə toxundular.

Dövlət başçısı Heydər Əliyev müşavirəyə yekun vuraraq, Azərbaycan tarixinin bu keçid dövründə ölkənin qarşısında duran aktual problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Onun çıxışının kifayət qədər təmkinli yığcam olmasına baxmayaraq, hər kəlməsində tarixin bu mürəkkəb çətin mərhələsində Azərbaycan xalqının dövlətinin taleyi ilə bağlı narahatlığı, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün məsuliyyəti hiss edilirdi. Bəli, o, doğma Azərbaycanı sonsuz məhəbbətlə sevir, onun potensialını hiss edir, bütün daxili xarici siyasi prosesləri böyük uzaqgörənliklə tənzimləyirdi.

Ulu öndər Heydər Əliyevin Şuşa Laçının işğalının dördüncü ildönümü ilə əlaqədar həmin rayonların sakinlərinin bir qrupu ilə 1996- ildə Prezident Administrasiyasının binasında keçirilmiş görüşün hazırlanmasında keçirilməsində iştirak edirdim. İcra edilməli təşkilati məsələlər arasında ilk növbədə, görüşə dəvət olunanların siyahısının tərtib edilməsi vardı, çünki bu tədbirə qatılmaq istəyənlərin sayı həddən artıq çox idi. Üstəlik, siyahıda məcburi köçkünlərin məskunlaşdıqları bütün regionlar üzrə nümayəndələr nəzərdə tutulmalı idi. Çıxış edənlərin siyahısı, eləcə çıxışların ardıcıllığının müəyyən edilməsinə kifayət qədər çox vaxt sərf edildi, hətta görüşün gedişində dəvət olunanlar sırasından planlaşdırılmamış çıxışlar da oldu.

Təyin olunmuş gün saatda bütün dəvət olunanlar Administrasiyanın iclas zalında toplaşmışdılar. Görüşün əvvəlində ulu öndər giriş sözü söylədi. Sonra faciənin bilavasitə iştirakçıları şahidləri olan natiqlər ürəkağrısı ilə o günlərdə baş verən hadisələrdən, yaşadıqları faciəvi səhnələrdən danışdılar. Eyni zamanda, onların hamısı qəti əminliklərini bildirdilər ki, bu çətin vəzifəni - torpaqlarımızın işğaldan azad edilməsi xalqa qaytarılmasını yalnız Heydər Əliyev həll edə bilər.

Tədbirin sonunda ümummilli lider yekun nitqi ilə çıxış etdi çıxışının lap əvvəlində xüsusi vurğuladı ki, "Şuşa Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dördüncü ilinin tamam olduğu bir vaxtda bizim həmin hadisələrə daha doğru-düzgün qiymət vermək imkanımız keçən illərə nisbətən daha çoxdur. Bu da lazımdır, zəruridir. Çünki söhbət müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyündən, ölkəmiz, xalqımız üçün müqəddəs olan şəhərlərimizdən, kəndlərimizdən, dağlarımızdan, meşələrimizdən, çaylarımızdan, bulaqlarımızdan, tarixi abidələrimizdən gedir".

Ulu öndərin çıxışının sonrakı hissələrində səsləndirdiyi bütün mülahizə düşüncələr, əsasən ona yönəlmişdi ki, hadisələrə obyektiv qiymət verilsin, Şuşa Laçın faciəsinin səbəbkarlarının adları çəkilsin. Ən başlıcası isə xüsusi vurğulandı ki, "işlər sözlə yox, - sözlər çox eşidilib, - əməli işlə görülməlidir".

Görüşdə iştirak edənlərin hamısının Heydər Əliyevin Vətəni müdafiə etmək qorumaq çağırışını necə böyük ilham coşqu ilə qəbul etdiklərini qeyd etməliyəm: "Azərbaycanın hər bir yeri, nöqtəsi, guşəsi hər birimiz üçün - sizin üçün , mənim üçün Vətəndir. Belə olmalıdır. Amma eyni zamanda, bir yer var ki, biz oranı qorumalı, saxlamalıyıq, - o, bizim üçün xüsusi vətəndir: Şuşa da, Laçın da, Ağdam da, Füzuli , Zəngilan da sair", - dahi ümummilli liderin bu kəlamları bütün iştirakçıları kövrəltmişdi.

Şübhəsiz ki, bu çağırış ölkəmizin hər bir vətəndaşının sonrakı həyat fəaliyyətində həlledici amillərdən birinə çevrildi. bu gün, həmin görüşdən 25 ildən çox vaxt keçəndən sonra bu çağırışın hər kəlməsinin gücünü əhəmiyyətini həmişəkindən daha çox dərk edirsən.

Bu gün fəxrlə deyirik ki, ümummilli liderin layiqli davamçısı İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycanı qüdrətli bir dövlətə çevirdi, güclü ordu formalaşdırdı. Ordumuz hazırda dünyanın ən qüdrətli əlli ordusu sırasındadır. Onun qurduğu ordu Ali Baş Komandanın əmrini yüksək dəqiqliklə yerinə yetirərək 2020-ci ilin 44 günlük müharibəsində Ermənistan ordusunu darmadağın edib onu torpaqlarımızdan iti qovan kimi qovdu.

Bu gün qürur hissi ilə deyirik ki, Şuşa da, Laçın da, Ağdam da, Füzuli , Zəngilan da, Qubadlı da, Cəbrayıl da, Kəlbəcər işğaldan azaddır.

Heydər Əliyevin Azərbaycan dövləti xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, nəsillər dəyişsə , onun haqqında həmişə millətin atası, ümummilli lider, görkəmli tarixi şəxsiyyət, dahi azərbaycanlı kimi danışılacaq. O, həmişə xatırlanacaq, haqqında filmlər çəkiləcək, məqalələr kitablar yazılacaq, küçələr, məktəblər, meydanlar onun adını daşıyacaq.

Ulu öndər Heydər Əliyevin irsi  Azərbaycan xalqının milli sərvətidir. Milli sərvət isə əbədiyaşardır.

Rövşən AĞAYEV.