Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər
Sosial həyat

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət ediblər.

YAP-ın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, YAP-ın nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.

Partiya nümayəndələri tərəfindən "Türk şəhidliyi" abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.

Xaqani KOSAYEV,

“Respublika”.