Yoldaşlıq matçında inanılmaz nəticə
İdman

Yoldaşlıq matçında inanılmaz nəticə

Almaniya Bundesliqa komandalarından olan "Bavariya" yoldaşlıq görüşündə "Rottach Egern"lə üz-üzə gəlib.

"Respublika" "Hürriyət"-ə istinadən xəbər verir ki,Qarşılaşma Bayern Münhenin 27-0 hesablı qələbəsi ilə tamamlanarkən, əldə olunan hesab sosial mediada gündəm oldu.

Matçın ilk yarısında 18-0 öndə olan Bayern Münhen ikinci hissədə sürətini azaltmayıb.

Qeyd edək ki, “Bavariya” 2018-ci ildə “Rottach”la keçirdikləri yoldaşlıq görüşündə 20:2, 2019-cu ildə isə 23:0 hesabı ilə qalib gəlib.

Töhfə SƏMƏDOVA,

"Respublika".