HEYDƏR ƏLİYEV VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR
Siyasət

HEYDƏR ƏLİYEV VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR

(əvvəli 30 31 mart tarixli saylarımızda)

Həmin vaxtlar xüsusi xidmət orqanları tərəfindən partladılmış telestudiya işləmir, qəzetlər nəşr olunmurdu. Mərkəzdə M.Qorbaçov, Bakıda isə Ə.Vəzirov Bakı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısını alırdı. Baş vermiş faciə ilə 9 yanvar 1905-ci ildə törədilmiş qırğın arasında analogiya aparmaq olar. Həmin vaxtda da vətəndaşların güllələnməsi əmrini dövlətin başçısı vermişdi. Əsrin əvvəlində imperator II Nikolayın əməlini əsrin sonunda Mixail Qorbaçov təkrarladı.

Xalq qəhrəmancasına həlak olmuş oğul qızlarını torpağa tapşıran zaman rəhbərlikdə oturmuş marionetkalar birinci yer uğrunda mübarizə aparırdılar. Onların hər biri yüksək tribunalardan özlərini tərifləyirdilər. Elə bil heç Bakıda faciə baş verməmişdi. Qanlı hadisədən bir gün keçmədi ki, xalq doğma yaxın bir səsin etirazını eşitdi. Bu, Heydər Əliyevin səsi idi. Xəstəlikdən hələ tam sağalmamış, ev dustağı vəziyyətində yaşayan Heydər Əliyev Bakıdakı faciə haqqında eşidən kimi 1990- il yanvarın 21- səhər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda törədilmiş hadisənin vəhşilik, vandalizm aktı olduğunu bunun M.Qorbaçov başda olmaqla sovetlər birliyinin rəhbərliyi tərəfindən törədildiyini bütün dünya ictimaiyyətinin nəzərinə çatdırmışdı. Bu, vətəndaş borcunun yerinə yetirilməsi, eyni zamanda cəsarətin bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan xalqı naminə özünün ailəsinin həyatını təhlükəyə atmaqdan da çəkinmədi. Bu bəyanat Kremlin yaxınlığında yerləşən Azərbaycan nümayəndəliyində verildi. Heydər Əliyev etdiyini yaxşı başa düşürdü. Ancaq o istəyirdi ki, dünya ictimaiyyəti Bakıda baş vermiş hadisələr barədə həqiqəti bilsin. Onun bəyanatından qəzəblənən M.Qorbaçov isə Heydər Əliyevə bütün Azərbaycan xalqına nifrətini ürəyində boğaraq yalnız "heyf ki, Bakıda az adam qırılıb" sözlərini deməklə kifayətləndi.

Həmin günləri xatırlayarkən 1996- il oktyabrın 29-da Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimində çıxış edən Heydər Əliyev demişdi: "1990- ilin qanlı yanvar hadisəsini xatırladıram. Azərbaycan xalqına qarşı böyük cinayət, təcavüz edilmişdir. Azərbaycan xalqı ayağa qalxdı. Xalqımız öz milli azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qalxdı".

Xəbis niyyətli M.Qorbaçovun sözlərindən belə çıxırdı ki, Bakıda ən azı min nəfər qətlə yetirilməli imiş. Qeyd edək ki, Qanlı Yanvar hadisələrindən öncə Bakıda mitinqlər zamanı şəhər kənarında sovet ordusunun SSRİ DİN-in böyük qüvvələri cəmləşdirilmişdi. Bura 7-ci ordunun üç diviziyası, SSRİ Müdafiə Nazirliyinin strateji qüvvələri, Xəzər hərbi dəniz bazası, desant briqadasından ibarət elitar hissələr, sərhəd qoşunları, SSRİ DTK-nın xüsusi hissələri, "Alfa" qrupu, hərbi hava raket qoşunlarının hissələri s. qüvvələrdən ibarət qoşun yerləşdirilmişdi. Həmin qoşunlarda təxminən 60-70 min əsgər zabit var idi. Qırx min nəfərdən ibarət qruplaşmanı Bakıya yeritməklə Moskva qanlı iğtişaş törədib digər SSRİ xalqlarında da vahimə yaratmaq məqsədini güdürdü. Ancaq mərkəz səhvə yol verirdi. Bakı hadisələri SSRİ-nin totalitar rejimin sonu idi. Azərbaycan xalqı ayağa qalxaraq SSRİ xalqlarını da oyatdı, ilk dəfə olaraq Mərkəz baş qaldırmış kütlə qarşısında geri çəkilməyə məcbur oldu. Üç gündən sonra Rostov vilayətindən, Krasnodar Stavropol diyarından Bakıya gətirilmiş başkəsənlər geri çağırıldı. Bu vaxt ərzində Azər-baycan xalqı onun himayədarı olan Heydər Əliyevin isti nəfəsini duymaqda idi. M.Qorbaçov onun ermənipərəst ətrafı Heydər Əliyevə 20 Yanvar hadisələri ilə bağlı bəyanatını bağışlaya bilməzdi. Az sonra Moskva Beynəlxalq Münasibətlər İnstitutunda dərs deyən Heydər Əliyevin oğlu İlham Əliyev işdən çıxarıldı. Yeri gəlmişkən qeyd edək ki, İlham Əliyev bu institutu müvəffəqiyyətlə bitirərək aspiranturaya daxil olmuş namizədlik dissertasiyasını müdafiə etmişdi. İlham Əliyevin geniş dünyagörüşü savadını nəzərə alan institut rəhbərliyi onu müəllim kimi institutda saxlamışdılar.

SSRİ rəhbərliyi tərəfindən dözülməz pressinqə təqiblərə məruz qalan Heydər Əliyev Moskvanı tərk edib Azərbaycana qayıtdı. Lakin burada o, yerli hakimiyyətin ölçüyəgəlməz təxribatları ilə qarşılaşdı. Bu təxribatlar mərkəzin tapşırığı ilə yerinə yetirilirdi. Onlar həm Heydər Əliyevin xalq arasında nüfuzundan qorxurdular.

Nəticə etibarilə Heydər Əliyevin Bakıya gəlməsinə mane olmağa çalışdılar bunu müvəffəqiyyətlə həyata keçirdilər. Təəssüf doğurucu hal odur ki, bu işləri icra edənlər bir vaxtlar Heydər Əliyev tərəfindən siyasətə gətirilmiş mühüm rəhbər postlara təyin olunmuş şəxslər idi. Onlar hakimiyyət sükanını ələ keçirdikdən sonra insanlıq simasını da itirmişdilər.

1991-ci ilin aprelində "Nezavisimaya qazeta"da müsahibəsində Cəlal Əliyev haqlı olaraq demişdir ki, bunların çoxunu mənim qardaşım Heydər Əliyev öz dövründə irəli çəkmişdir.

Paytaxtda bu münasibəti görən Heydər Əliyev doğma Naxçıvanına qayıtmalı oldu. Burada əhali onu təmtəraqla qarşıladı. Bu hadisəni yada salan Heydər Əliyev sonralar deyirdi: "Azərbaycana, Bakıya gəldim. Ancaq ovaxtkı mürtəce qüvvələr, Azərbaycan xalqının milli mənafeyinə zidd olan qüvvələr mənə Bakıda yaşamağa imkan vermədilər. Mən Naxçıvana gəldim. Naxçıvan məni qucaqladı, bağrına basdı".

Erməni blokadasında qazsız, işıqsız, mərkəzlə əlaqəsiz yaşayan naxçıvanlılar hərarətləri ilə Heydər Əliyevi əhatə etdilər. Moskvada Bakıda təqiblərə təzyiqlərə məruz qalmış Heydər Əliyev insanların ona olan məhəbbətini hörmətini gördü.

Heydər Əliyev öz məsləhətləri ilə naxçıvanlıları ağır vəziyyətdə dözümlü iradəli olmağa çağırır, onları əyilməməyi, xoşbəxt gələcək uğrunda mübarizə aparmağı tövsiyə edirdi. Naxçıvan əhalisi Heydər Əliyevi özünə rəhbər seçdi. O, Naxçıvan MR-dən Azərbaycan Ali Sovetinə deputat seçildi.

Bir müddət keçdikdən sonra Heydər Əliyev Azərbaycan Ali Sovetinin deputatı kimi Bakıya sessiyaya gəldi. Burada o, respublikanın ağır vəziyyətdən çıxarılmasını, erməni təcavüzkarlarına qarşı məqsədyönlü mübarizə aparmaq üçün qüvvələrin cəmləşdirilməsini nəzərdə tutan məruzə ilə çıxış etdi. Lakin hakimiyyətin göstərişi ilə bir sıra deputatlar ona qarşı çıxaraq onun fikirlərinin səhv olduğunu sübut etməyə cəhd göstərdilər. Lakin tarixdə hər kəsin öz yeri var. Kiçik siyasətbazları çəkisi olmayanları xalq tez unudur. Heydər Əliyevi isə xalq layiqincə dəyərləndirərək tarixin ən yüksək pilləsinə qaldırdı.

Ölkədə cəbhədə vəziyyət getdikcə ağırlaşırdı. "Demokratlar" bütün cəbhələrdə məğlubiyyətə uğrayırdılar. Onlar problemləri həll etməkdə səriştəsiz olduqlarını başa düşərək batmaqda olan dövlət gəmisini tərk etməyə başladılar. Məhz həmin dövrdə Azərbaycan xalqı nəzərini Heydər Əliyevə yönəltdi. Məsələ belə qoyulmuşdu: ya məhv olmaq, ya da Heydər Əliyevin hakimiyyətə gəlib ölkəni ağır vəziyyətdən xilas etməsini təmin etmək. Xalqın təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməyə razılıq verdi.

15 iyun 1993- ildə Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçiləndən sonra respublikada yaranmış vəziyyətin təhlilini verərək dedi:

"Respublikamızın qarşısında çox böyük ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır".

Bununla da Azərbaycan xalqının milli azadlıq mübarizəsində yeni dövr başlandı.

1993- il oktyabr ayının 3- Prezident seçilən Heydər Əliyev and içərkən demişdi: "Bu gün mənim üçün tarixi, əlamətdar gündür... həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

Bu, yenidənqurma, gələcəyin təməlinin qoyulması dövrü idi. Hər şeyi təzədən başlamaq lazım idi. Dövlət strukturları, ordu yenidən formalaşdırılmalı, ölkədə sayı getdikcə artan silahlı dəstələr tərk-silah olunmalı idi. Cəbhədə erməni təcavüzkarlarının hücumunun qarşısı təcili alınmalı, ölkədə başlanmış vətəndaş müharibəsi dayandırılmalı idi.

Heydər Əliyev 1994- ilin mayında Ermənistan-Azərbaycan müharibəsində çox çətinliklə atəşkəsə nail oldu. Bu nailiyyət ölkədə daxili qüvvə ehtiyatların cəmləşdirilməsinə, ayrı-ayrı bölgələr arasında əlaqələrin bərpasına geniş imkanlar yaratdı. Bununla yanaşı, beynəlxalq qurumların dövlətlərin vasitəsilə Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək üçün geniş işlər başlandı. Nəticə etibarilə 1994- ildə keçirilən ATƏT-in Budapeşt sammiti əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları duran münaqişənin mahiyyətini Heydər Əliyev dünya ictimaiyyətinin nəzərinə çatdırdı. Sammitdə münaqişənin beynəlxalq hüquq normaları əsasında nizamlanmasını nəzərdə tutan qərar qəbul olundu.

Bununla yanaşı, ölkədə daxili problemlərin çox olmasına baxmayaraq, Heydər Əliyev dünyanın bir çox ölkələrinə rəsmi işgüzar səfərlər edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdırmağa səy göstərirdi. Bu səfərlər ilk növbədə BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan böyük ölkələrə - ABŞ-a, Böyük Britaniyaya, Fransaya, Rusiyaya digər ölkələrə edilirdi. Heydər Əliyev F.Mitteran, B.Klinton, Meycer, T.Bleyer, Tsyan İsyao Min, Xoşimoto, B.Bhutto, Kvasnevski, X.Solano, C.Buş, N.Kissincer, Z.Bzejinski, J.Şirak başqa böyük siyasətçilərlə görüşərkən yalnız Azərbaycanın müstəqilliyini suverenliyini qoruyub saxlamağa xidmət edirdi. O, bütün gücünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, dönməzliyinə, o cümlədən ölkəmizin qapılarının digər dövlətlər qarşısında açılmasına sərf edirdi. Bu görüşlər həmçinin böyük dövlətlərin qapılarının Azərbaycanın üzünə açılması, müasir iqtisadiyyatın, texnologiyanın tətbiqi vasitəsilə ölkəmizin inkişafına nail olunması üçün keçirilirdi. bu səylər nəticəsiz qalmadı. Belə ki, BMT-nin 193 üzvündən əksəriyyəti Azərbaycanın suverenliyini tanıdı. Bu gün Azərbaycanın bayrağı Vaşinqton, London, Paris, Moskva, Pekin, Ankara, Tehran, Brüssel, Vyana, Varşava, Əl-Riyad, Buxarest, Kiyev, Tbilisi, Astana s. dünyanın bir çox şəhərlərində dalğalanır. Hazırda Azərbaycanda 70 xarici ölkənin səfirliyi fəaliyyət göstərir. Dünyanın 42 ölkəsində Azərbaycanın səfirliyi açılıb.

1996- ildə keçirilmiş ATƏT-in Lissabon sammiti zamanı 54 dövlətdən 53-ü (Ermənistan istisna olmaqla) Azərbaycanın, Qarabağ da daxil olmaqla, sərhədlərinin toxunulmazlığını suverenliyini tanıdı. Bu, Azərbaycan diplomatiyasının beynəlxalq arenada ilk mühüm qələbələrindən biri idi.    

Beynəlxalq aləmdə qazanılan nailiyyətlərlə yanaşı, ölkənin daxilində sabitliyə nail olmaq üçün Heydər Əliyev gərgin aparırdı. Problemlər az deyildi. İlk növbədə ortaya atılmış "sərkərdələr"in - S.Hüseynovun, Ə.Hümbətovun, R.Cavadovun separatçı, qiyamçı hərəkətlərinə son qoymaq lazım idi. 1993- il vətəndaş müharibəsinin nəticələri aradan götürülməmiş, 1994- ilin oktyabrında 1995-ci ilin martında respublikada vəziyyət yenidən gərginləşdi ki, bu da müstəqilliyimizin itirilməsi ilə nəticələnə bilərdi. Cərəyan edən proseslərin, baş verən hadisələrin təhlükəliliyi ondan ibarət idi ki, daxildəki separatçı qüvvələr xarici düşmənlərimiz tərəfindən istiqamətləndirilir ruhlandırılırdı. Heydər Əliyev bu təhlükəni aradan götürmək üçün xalqı yumruq kimi birləşdirməyi bacardı. Qətiyyətlə demək olar ki, Heydər Əliyevin mərdliyi, xalqa inamı dəyanəti nəticəsində qara qüvvələrin irticasının qarşısı alındı.

1994- il sentyabrın 20- Gülüstan sarayında Azərbaycan Respublikası ilə xarici kampaniyalar - "AMOKO", "YUNOKAL", "PENNZOYL", "MAKDERMOTT" (ABŞ), "Britiş Petrolium", "Ramko" (Böyük Britaniya), "Statoyl" (Norveç), "LUKoyl" (Rusiya), "Türk petrolları" (Türkiyə), "Delta Nimir" (Səudiyyə Ərəbistanı) arasında XX əsrin məşhur neft müqaviləsi bağlanıldı. Daha sonra bu müqaviləyə Yaponiyanın "İtoçu" ABŞ-ın "Eksson", "Xess" kampaniyaları da qoşuldu. İndi "Əsrin müqaviləsi" çərçivəsində 14 ölkəni təmsil edən 33 kampaniya fəaliyyət göstərir. Həmin dövrdə irəli sürülən proqnozların təsdiqlənməsi bilavasitə Heydər Əliyevin uzaqgörənliyinə dəlalət edir. Artıq 5 Xəzəryanı dövlətdən 3-ü Azərbaycan, Rusiya, Qazaxıstan Xəzərin statusunun müəyyən edilməsində vahid mövqe nümayiş etdirirdi. 2001-ci il yanvar ayının əvvəlində Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı dövlətlər arasında imzalanmış Bakı Bəyannaməsində bu fikir bir daha təsdiqini tapmışdı.

1994- ildə isə vəziyyət kifayət qədər təhlükəli idi. Azərbaycanın Xəzərdəki sektoru təhlükə altında idi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qara qüvvələr geri oturduldu Azərbaycanın gələcəyini təmin edəcək planlar reallaşdırılmağa başladı. Bu isə respublika büdcəsinə milyonların axmasına şərait yaratdı ki, sonradan Prezident Heydər Əliyevin fərmanı ilə Neft Fondu yaradıldı. "Əsrin müqaviləsi"nin beş ili tamam olması ilə əlaqədar keçirilən tədbirdə Heydər Əliyevin çıxışından bir sitat onun həqiqətən uzaqgörən, dahi siyasətçi olduğunu sübuta yetirir. O, demişdir: "Mən tamamilə əminəm ki, bu gün əsasını qoyduğumuz işlər Azərbaycanı irəli apararaq onun bayrağını yüksəldəcək, yüksəldəcək, yüksəldəcək!".

Sözügedən nailiyyətləri əldə etmək üçün Heydər Əliyevin qədər qüvvə, enerji sərf etməsi haqda danışmaq çətindir. Bir neçə il ərzində kifayət qədər böyük işlər görüldü ki, başqa dövlətlərdə bunu reallaşdırmaq bir neçə onillik tələb edərdi. Onu da qeyd etmək lazımdır ki, bütün bunlar ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğu, bir milyon qaçqın məcburi köçkünümüz olduğu dövrdə reallaşdırılırdı. Bu illər ərzində suveren Azərbaycanın tarixində ilk dəfə Konstitusiya qəbul olundu. Bu Konstitusiyanın əsasında iki dəfə parlament bir dəfə Prezident seçkiləri keçirildi. Ölkə daxilində əldə olunmuş nailiyyətlər Azərbaycanın beynəlxalq nüfuzunun da artmasına şərait yaratdı. Azər-baycan bir çox nüfuzlu beynəlxalq qurumların - BMT, İƏT, ATƏT, -ın üzvü oldu. Eyni zamanda, NATO qüvvələri ilə yaxın əlaqələr quruldu.

Heydər Əliyev özü etiraf edirdi ki, mövcud problemlər sırasında ən çətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. 1994- ildə cəbhədə atəşkəs rejimi yaradıldıqdan sonra ən yüksək səviyyələrdə saysız-hesabsız rəsmi görüşlər keçirilirdi. Ermənilər xaricdəki diasporunun, havadarlarının gücünə arxalanıb, nəyin bahasına olursa-olsun Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinə nail olmaq istəyirdilər. Məhz Heydər Əliyevin səyləri nəticəsində onların bu məkrli planı reallaşmadı.

Yenidən hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev Ermənistanın təcavüzkar dövlət olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırmağa səy göstərirdi. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993- il 30 aprel tarixli 822 saylı qətnaməsində belə təsəvvür yaranır ki, müharibə Azərbaycana aidiyyəti olmayan bölgədə aparılırmış. Keçmiş iqtidar bu məqamı nəzərdən qaçırmışdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Təhlükəsizlik Şurasının digər 853, 874, 884 saylı üç qətnaməsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu göstərilir. İlk dəfə olaraq Azərbaycan beynəlxalq arenada öz sözünü yeritməyə müyəssər olur. İlk dəfə olaraq Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması haqda müddəanın BMT kimi nüfuzlu qurumunun qətnaməsində əks etdirilməsi Azərbaycanın, ilk növbədə Heydər Əliyevin qələbəsi idi. İkinci qələbə isə 1996- ildə Lissabon sammitində əldə olundu.

Azərbaycan Prezidenti Heydər Əliyev Milli Məclisdə keçirilən dinləmələrdə ilk dəfə olaraq Dağlıq Qarabağ üzrə Ermənistan-Azərbaycan danışıqlarında əks olunan əsas məqamları açıqladı. Bu, ölkə başçısının xalq qarşısında görülmüş işlər haqda bir növ hesabatı idi.

Zaman keçdikcə ölkəmizin beynəlxalq arenada nüfuzu artır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti uğurla davam etdirilir. Azərbaycan xalqı Heydər Əliyevə dərin məhəbbət bəsləyir beynəlxalq aləmdə onun çox böyük nüfuzu var. Heydər Əliyev həmişə xalqla bağlı, xalqın arasında olan xalqdan ruh alan şəxsiyyət olmuşdur.

1998-ci ildə prezident seçkiləri keçirilən zaman mən Heydər Əliyevin seçki kampaniyasında iştirak etmiş, sonralar isə MSK-nın üzvü olmuşam. Biz ölkənin 40 rayonunda olduq, müəssisələrdə, məktəblərdə, təsərrüfatlarda görüşlər keçirirdik. Hər yerdə sadə insanların Heydər Əliyevə dərin məhəbbətini ehtiramını görürdük.

Bunu biz onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətində əməllərində görürük. Heydər Əliyevin "Neft kommunikasiya diplomatiyasi", onillik prezidentliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində Azərbaycana qazandırdığı imic hörmət Ermənistanın "məkik diplomatiyası" vasitəsilə işğal etdiyi Qarabağ ərazisini özəlləşdirmək kimi məkrli planını alt-üst etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin gedişində "qalib Ermənistan ordusu" mifini dəmir yumruqla məhv etdi, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu, BMT, İƏT, AŞPA digər qurumların kağız üzərində qalan qətnamə qərarları hərbi-siyasi yolla öz təsdiqini tapdı. Ermənistanın yüzilliklər boyu törətdiyi türk-azərbaycanlı qırğınlarının qisası alındı. 2023- il martın 2- Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq aləmdə, o cümlədən Cənubi Qafqazda yaranmış yeni geosiyasi situasiyanın təhlilini verərək demişdi: "2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi". Bu, Heydər Əliyev diplomatiyası ilə İlham Əliyev hərbi-siyasi strategiyasının təntənəsi idi ki, qazanılmış təcrübə hələ uzun müddət öz aktuallığını saxlayacaqdır.

Tarix ulu öndər Heydər Əliyevin bütün işlərinə bəraət qazandırmış qazandıracaqdır. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi uğrunda gördüyü işlər xalqımızın qəlbində daima yaşayacaqdır!

Ağalar ABBASBƏYLİ,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor.