GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

HAYDE BULUKİ  ÖZLƏM

Özləm adı ilə tanınan Mahmud qızı Hayde Buluki 1985-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Özləm orta məktəbdə oxuduğu illərdə şeir nəsr yazmağa başlayıb. Artıq yeddi ildən çox bir müddətdir ki, ardıcıl olaraq şeir nəsr əsərləri yazır. Bu illər ərzində çoxlu sayda ədəbi dərnəklərə qatılıb, yazdığı şeirləri burada oxuyub. Özləmin şeirləri Təbrizdə yayılan "Məhd-i Təməddün" gündəliyində "Sancaq" dərgisində çap olur.

"Bir qucaq özləm" Haydenin 2020-ci ildə işıq üzü görən ilk şeir kitabıdır...

 

Mənim Azərbaycanım

Ana yurdum - Azərbaycan

nisgilində boğullam,

Parça-parça parçalanıb

şərəfinlə oğullam,

Bir gələm bu dünyaya

öz dilimdə doğullam,

Hələ varam, ölməmişəm,

əsəcəkdir tufanım,

Qeyrətimsən, şərəfimsən,

mənim Azərbaycanım!

 

Qırx miliyonum ağlasa gər,

Urmu gölüm can tapar,

Hər tərəfdən dalğalanıb

sahilində at çapar,

Yaz qələm, susqun dilindən

dənizimə su apar,

Güvənirəm türk elində

bağlanıbdır peymanım,

Qeyrətimsən, izzətimsən,

mənim Azərbaycanım!

 

Qarabağın həsrətindən

çiçək tək Özləm sola,

Türk qızıyam qeyrətimdən

gözlərimə qan dola,

Alınacaq intiqamı toprağıma and ola

Ürəyimdə yazılıbdır sənsən

mənim sultanım

Qeyrətimsən, şöhrətimsən,

mənim Azərbaycanım!

 

AYDIN MİTHƏDPUR

1984- il doğulub. 2003- ildə ana dilində şeir öyrənməyə yazmağa başlayıb. Hazırda 2000-ə yaxın qeydiyyatdan keçmiş əsərinin təəssüf ki, hələ heç biri çap olunmayıb.

 

Ölkəmin bütün öldürülən

əsgərlərinin ruhuna həsr olunur

 

Çıxma yaddan düşən əsgər

Adın minlər dodağında

Dirilməzdir məzar daşın

Sarar oban darağında.

 

Öçdü qabdan qanadların

Susdu güldan bucağında

Sökdü qabığını yataq

Taran torpaq qucağında.

 

Çizildi yadım o gözün

Qumurdu arzular bizi

Bəslədi girdəyi qar

Alov evlər bacağında.

 

Silahım gözüm gözü

Boğduq oxlar boğazını,

Ağladı ölkəmiz gözü

Yornaq ülkər ocağında

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 19, 20 və 21 aprel tarixli saylarımızda)

Dr. Məhəmməd İbadi 1979-cu ildə Təbrizdə anadan olub, "Alışıq" təxəllüsü ilə şeirlər yazır. 14 yaşından şeir yazmağa başlayıb. İlk şeiri Təbrizdə "Məhdi Azadi" qəzetində çap olub. Elə o zamandan aşıqlar tərəfindən bir çox şeirləri oxunmaqdadır. Həmin illərdən folklor toplamağa cəhd göstərib, onlarla cild kitabı işıq üzü görüb. Dr. Alışıq ilk təhsilini Təbrizdə başa vurduqdan sonra, 2009-cu ildə Türkmənçay şəhərində universitetə daxil olub. 2013- ildə Şəbistər şəhərindəki universitetə dəyişilib. 2015-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı folkloru üzrə təhsilini davam etdirib. Bir müddət Təbriz radiosunda folklor aşıq ədəbiyyatı bilicisi kimi çalışıb. İrandakı Azərbaycan Aşıqlar Birliyinin sədridir. Azərbaycan Yazıçılar Birliyinin Aşıqlar Birliyinin üzvüdür. İran Aşıqlar Evinin Azərbaycan bölməsinin sədri, Təbriz bələdiyyəsi şurasının mədəni - ictimai müşaviri, İran Aşıqlar Evinin müəssis üzvü rəis müavini, həftəlik "Bayatı" adlı aşıq ədəbiyyatı dərnəyinin müdiri s. vəzifələri icra edir. 2013- ildən indiyə qədər 70 cilddən artıq Azərbaycan ədəbiyyatı xüsusilə aşıq ədəbiyyatı haqda kitablar tərtib edib. Dr. Məhəmməd İbadi Alışıq böyük istedada malik olan insandır.

Folklor qaynaqlarında klassik ədəbiyyatda mifoloji-bədii dünyagörüşün izləri bu gün qalır... Güney Azərbaycan folkloru dərin bir dəryadır ki, toplanılması, çap olunması təbliği hələ davam edir.  

Bu məktəbəqədərki yaradıcılıq qaynaqları üçün səciyyəvi olan bir cəhətə diqqət yetirmək gərəkdir. Həmin dövr M.H.Təhmasibin yazdığı kimi, bir sıra İslam təriqətlərinin müxtəlif səbəblərlə bağlı öz kökündən qopub İslamın böyük qolu hesab etdikləri şiəlik ətrafında birləşməsi dövrü idi. Bu isə şəriət-təriqət-həqiqət kimi sufi dünyagörüşünə məxsus mərhələləri keçib Allahın dərgahına qovuşmaq həqiqəti ilə bağlıydı. Təbriz aşıq ənənələrinin ilk öncə bu düşüncəni qəbul etməsi, az sonra isə bu etik düşüncəni milli əxlaqi dəyər səviyyəsinə yüksəltməsinin iki böyük nəticəsi oldu. Birincisi, Təbriz aşıq sənəti onu assimilyasiya edə biləcək bütün dəyərlərdən əsaslı şəkildə ayrılıb peşəkar ifaçılıq yolunu formalaşdırdı. İkincisi isə yayıldığı geniş ərazini öz nüfuz dairəsində saxlaya bilən qüdrətli Təbriz aşıq məktəbini yaratdı. O, XVI əsrdən başlayaraq orta əsr Azərbaycan mənəvi-əxlaqi, etik-estetik dəyərlərinin üç istiqamətdə yüksəlişini təmin etdi. Birincisi, Təbriz aşıq məktəbində ozan yaradıcılıq qaynaqları zəminində güclü aşıq musiqisi sinkretizmi yarandı. Anadolu Şirvan musiqisinin bir sıra əlamət, xüsusiyyət ifa tərzlərindən istifadə edilməklə aşıq musiqisi yeni mərhələyə yüksəldi. İkincisi, zəngin xalq şeiri şəkilləri əsasında özünəməxsus poetik dəyərlərə malik aşıq poeziyası yarandı XVI əsrdə Qurbaninin yaradıcılığı ilə zəngin ədəbi məktəb səviyyəsinə yüksəldi. Təbriz aşıq şeirinin tarixi, ədəbi-poetik yüksəlişi mərhələsində şəriət-təriqət-həqiqət görüşlərini dünyəvi dəyərlər əvəz etməyə, bəşəri ideallar aşıq şeirinə gəlməyə, həqiqətin kamil əxlaqi dəyər kimi vəsf olunması bütün bunların zəminində isə Azərbaycan mədəniyyəti, sənəti ədəbiyyatında intibahın başlanmasına mühüm təsir göstərdi. Üçüncüsü, bu məktəb eyni zamanda Şirvan məktəbində nəzərəçarpan milli dastan yaradadıcılığını repertuara gətirdi, qısa tarixi müddətdə onu yeni mərhələyə yüksəldə bildi. Şirvan məktəbindən fərqli olaraq Təbriz aşıqları dastanları, nağılları repertuara daxil edib onları yenidən işləmək yolu deyil, birbaşa sevgi macəralarını dastanlaşdırmaq ənənəsini seçdi. Bu yaradıcılıq prosesində epik-lirik üslubun çarpazlaşması yolu ilə Şirvan aşıqlarından müəyyən ölçülərlə fərqlənən yeni dastan tipini formalaşdıra bildi.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.