DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: SEÇKİ QUTUSUNDAN ÇIXAN İSTƏNİLƏN NƏTİCƏNİ QANUNİ QƏBUL EDƏCƏYİK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan   prezident parlament seçkilərində qutudan çıxan istənilən nəticəni qanuni qəbul edəcəklərini bildirib. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə dövlət başçısı jurnalistlərə açıqlaması zamanı bəyan edib.

Məlumata əsasən, Ərdoğan çıxışı zamanı ölkənin 40 illik terrorla mübarizə tarixində terror təşkilatına ən ağır zərbələrin endirildiyini qeyd edib.

Eyni zamanda, Türkiyə lideri Qərbin bu seçkilərə böyük maraq göstərdiyini vurğulayıb.

Bütün ölkələrlə yaxşı münasibətlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdıran Ərdoğanın bildirib ki, ABŞ  Rusiyaya müsbət baxmır deyə prezident Vladimir Putinlə heç vaxt əlaqələri kəsməyib.

Bununla yanaşı, prezident Türkiyənin illərdir məruz qaldığı iqtisadi hücumlara uğurla müqavimət göstərdiklərini bəyan edib.

Rəcəb Tayyib Ərdoğan Qara dənizdə kəşf edilən təbii qazın, həmçinin Qabarda aşkarlanan neftin ölkə iqtisadiyyatına fərqli bir güc qatdığını dilə gətirib.

 

UKRAYNA ORDUSU BAXMUTDA YENİ ƏRAZİLƏR AZAD EDİB

Ukrayna ordusu Baxmut şəhərində Rusiya qoşunlarını azı daha bir neçə kilometr geri sıxışdırıb. “Reportagentliyinin Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının hissələri ağır itkilər verərək, həmçinin fiziki mənəvi baxımdan zəifləmiş vəziyyətdə Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib.

Məlumata görə, Ukrayna ordusu Baxmutda azı bir kilometr ərazini azad ediblər.

Qeyd edək ki, mayın 12- Baxmut şəhərinin 2 kilometr ərazisinin Ukrayna müdafiəçiləri tərəfindən Rusiya hərbçilərindən azad etdildiyinə dair xəbər yayılmışdı.

Eyni zamanda, RusiyanınVaqnermuzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin hərbçilərinin Baxmutda cinahları boşaltdığı qaçdığı barədə cümə günü video-açıqlama yayıb.

 

TÜRKİYƏNİNCENKBALLİSTİK RAKETİNİN SINAQLARI KEÇİRİLƏCƏK

TürkiyəninROKETSANşirkətinin istehsal etdiyi ilk orta mənzilliCENKballistik raketinin qısa zamanda sınaq atışını həyata keçirəcəyi gözlənilir. “Trendagentliyinin məlumatına görə, yerli istehsal mühərrik yanacaq sistemləri olan ballistik raketin 1000 kilometrdən çox uçuş məsafəsinə sahib olacağı gözlənilir.

Bununla yanaşı, verilən xəbərə görə, ballistik raketin uc hissəsində yüksək manevr qabiliyyəti üçün kanartlar konfiqurasiyası var raketin idarəetmə qanadlarının da olcağı planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, ballistik raketlər bir ya bir neçə kimyəvi, bioloji, nüvə yaxud konvensional döyüş başlığı daşıyan döyüş başlıqlarını müxtəlif hədəflərə yönəldə bilən raket sistemləridir.

Həmçinin döyüş başlığı, mühərrik, yanacaq çəni s. kimi sistemdən ibarət ballistik raketlərin, adətən yalnız döyüş başlıqları hədəfə çatır.

 

- QANUNSUZ MİQRANT AXININDA kƏskin ARTIM QEYDƏ ALINIB

Bu ilin yanvar ayından aprel ayına kimi Aralıq dənizinin mərkəzi hissəsindən Avropaya keçən miqrantların sayı 2022-ci ilin eyni dövrünü nəzərəçarpacaq dərəcədə üstələyərək görünməmiş həddə çatıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəLe Figaroqəzeti məlumat yayıb.

Avropa İttifaqının sərhəd agentliyi olanFrontexin açıqlamasına əsasən, yanvar-aprel aylarında Aralıq dənizinin mərkəzi hissəsindən - qeyri-qanuni gələnlərin sayı ötən illə müqayisədə demək olar üç dəfə artaraq 42,2 min nəfərə çatıb.

Qeyd edək ki, bu göstərici 2023- ildə bütün istiqamətlər üzrə - qeyri-qanuni girişlərin yarıdan bir qədər çoxunu təşkil edir.

Bildirilir ki, Avropaya xüsusilə Tunisdən daha çox sayda miqrant gəlib. 2022-ci illə müqayisədə onların sayı 1100 faiz artıb.

 

HƏSƏN RUHANİ XARİCİ ÖLKƏLƏRƏ CASUSLUQDA İTTİHAM OLUNUR

İranın keçmiş prezidenti Həsən Ruhani xarici ölkələrə casusluqda ittiham olunur. “ReportagentliyininRadioFardaya istinadən verdiyi xəbərə görə, bu iddia ilə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) kəşfiyyat təşkilatının keçmiş başçısı, Sepah komandanının baş müşaviri Hüseyn Tayeb çıxış edib.

Məlumata görə, Xarəzm Universitetinin tələbələri ilə görüşdə Həsən Ruhaninin mühakiməsinin tarixi barədə danışan baş müşavir deyib: “İslam Respublikasındakı 43 illik təcrübəmə əsasən deyə bilərəm ki, bu, gec-tez baş verəcək”.

İddialara əsasən, 2015-ci ilin yayında İranın nüvə proqramı üzrə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin Rusiya arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. Mühafizəkarlar bunu Həsən Ruhanininsatqınlığıkimi təbliğ edirlər.

Qeyd edək ki, Həsən Ruhani 2013- il avqustun 3-dən 2021-ci il avqustun 3-dək iki dəfə İran prezidenti olub.

 

G7” ÖLKƏLƏRİ MALİYYƏ NAZİRLƏRİNDƏN RUSİYA İLƏ BAĞLI BƏYANAT

G7” ölkələri Rusiyaya Ukrayna ətrafındakı vəziyyətə görə tətbiq edilən sanksiyalardan bu ölkənin yayınmaq cəhdlərini dayandırmaq niyyətindədirlər, həmçinin Kiyevə lazım olduğu qədər dəstək verməyi planlaşdırırlar. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Niiqata şəhərində keçirilənG7” ölkələrinin maliyyə nazirləri mərkəzi bank rəhbərlərinin görüşünün yekunlarına dair birgə bəyanatda bildirilir.

Sanksiya tədbirlərimizdən yayınmaq onları pozmaq üçün edilən istənilən cəhdə müqavimət göstərməyə hazırıq. Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Yaponiya 2023- ildəG7” sədrlik edir. İndiyədək Yaponiya tərəfi xarici işlər nazirləri rəqəmsallaşma texnologiya nazirləri daxil olmaqlaG7” nazirlərinin bəzi görüşləri keçirib.

Məlumata görə, mayın 19-dan 21-dəkG7” sammiti Xirosimada keçiriləcək. Sammitə həmçinin Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı Cənubi Koreya liderləri dəvətlidir.

 

ÜST MEYMUNÇİÇƏYİ İLƏ BAĞLI FÖVQƏLADƏ VƏZİYYƏTİ LƏĞV EDİB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi ilə bağlı 10 aylıq qlobal sağlamlıq fövqəladə vəziyyətinin sona çatdığını elan edib. “Röytersagentliyinin verdiyi xəbərə görə, bu virusa yoluxma halları yüzdən çox ölkədə təsdiqlənib.

 Məlumata əsasən, ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus təşkilatın Fövqəladə Hallar Komitəsinin tövsiyəsi əsasında meymunçiçəyi xəstəliyinə görə fövqəladə vəziyyətin başa çatdığını açıqlayıb. Bu addım xəstəliyinin yaratdığı böhranın nəzarət altında olduğunu göstərir.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qeyd edib ki, son üç ayda xəstəliyə yoluxma halları əvvəlki müvafiq dövrlə müqayisədə demək olar ki, 90 faiz azdır.

Təşkilatın son hesabatına əsasən, 2022-ci ilin əvvəlindən bu il mayın 8-dək dünyada bu xəstəliyə 87 mindən çox yoluxma faktı təsdiqlənib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.