İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Ağırlıqqaldıranımız Tunisdə qızıl medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisdə keçirilən Afrika çempionatında qızıl medal qazanıb. 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb. Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb. Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub. Tunisdə təşkil olunan bu yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Atletimiz lisenziya əldə edib

Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü Orxan Aslanov İtaliyanın Yesolo şəhərində keçirilən Qran-Pridə uzunluğa tullanma növündə 6,19 metr nəticə göstərərək ikinci yerə sahib çıxıb. Orxan Aslanov bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.

 

Paytaxtımız dünya çempionatına ev sahibliyi edəcək

Bakı 2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə qərar Antalyada keçirilən Beynəlxalq Gimnastika Federasiyası Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib. Çempionat 2027-ci il sentyabrın 15-19-da keçiriləcək. Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3- dünya çempionatı olacaq. Xatırladaq ki, paytaxtımız 2005-ci 2019-cu illərdə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib.

 

Bədii gimnastika üzrə Avropa çempionatı

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürür. "Ulduz kimi parla" şüarı ilə keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər - 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent iki top, gənclər arasında isə beş ip beş top proqramında güclərini sınayacaqlar. Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova İlona Zeynalova təmsil edəcəklər. Qrup hərəkətləri proqramında isə böyüklər arasında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan Darya Sorokina, gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizə aparacaqlar. Çempionat mayın 21- yekunlaşacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".