MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Yaşasalar da, ruh olduqlarına inanırlar...

Deyirlər, Allah dərd verəndə dərmanını da verir. Lakin bəzən bu deyimlər özünü doğrultmur. Çünki tibb qədər inkişaf etsə elə xəstəliklər var ki, elm onun qarşısında çarəsiz qalır. Belə ki, simptomları tibbə bəlli olsa da müalicəsi mümkün olmayan bir çox nadir rast gəlinən xəstəliklər var.

Bu cür xəstəliklərdən biri daha çox "gəzən cəsəd sindromu" adı ilə tanınan Kotar sindromudur. Qeyri-adi simptomları ilə seçilən bu xəstəliyə düçar olan insanlar fiziki cəhətdən sağlam olsalar da, ölü olduqlarına inanır, orqanlarının olmadığını ya çürüdüyünü düşünürlər. Ən maraqlısı isə odur ki, hətta onlar ürəklərinin belə yerində olmadığına inanırlar.

Daha çox Çin, Hindistan, Meksika, ABŞ, Danimarka İsveçdə yayılan bu sindromun səbəbi hələ elmə məlum deyil. Beyindəki hansısa pozğunluq nəticəsində meydana çıxan sindromun, eyni zamanda Parkinson, miqren, ürək xəstəlikləri ilə əlaqəli ola biləcəyi güman edilir. Həmçinin sosial faktorlar da bu xəstəliyi yarada bilər. Bir sözlə, Kotarın tək bir səbəbi yoxdur. Dünyada çox nadir hallarda baş verən xəstəlik olduğundan üzərində elmi çalışmalar tam nəticə verməyib. Bununla belə, 2010-cu ildə aparılan araşdırma zamanı alimlər xəstəliyin iki əsas səbəbdən yarana biləcəyi qənaətinə gəliblər. Bir ehtimala görə, xəstəlik şəxsin böyük travma alması ilə əlaqələndirilir ki, bu zaman insan özünü boşluqda hiss edir nəyə inanacağını bilmir. Digər ehtimala görə isə buna səbəb beyinin kiçilməsi ya genişlənməsi, düşüncələri, məntiqi davranışları idarə edən nöqtələrin zərər görməsi ola bilər.

 Həftələr, hətta illərlə davam edə bilən bu sindrom daha çox yaşlı insanlarda müşahidə edilsə , yeniyetmələr uşaqlar da risk faktoruna daxildir.

 

Qalstuk taxanlar oxusun...

Bəzi kişilər qalstuk taxmağı özlərinə böyük bir problem hesab edirlər. Hətta onlar yalnız xüsusi günlərdə istifadə etdikləri qalstuku düzgün bağlamağı da bacarmırlar. Deyirlər ki, bu, kimə lazımdır? Ya da köynəyin yuxarıdakı iki düyməsini açıb özlərini rahat hiss edirlər. Belələri qalstuku kişi qarderobunda lazımsız aksessuar sayır. Amma qalstuk bağlamağın əsas mənasını yəqin ki, çox adam bilmir. Elə mənşəyini ...

İlkin olaraq qeyd edək ki, rus dilinə "qalstuk" sözü almancadan keçib. Belə ki, "halstuch" almancadan tərcümədə "boyun yaylığı" mənasını verir. Bu aksessuarın ilk dəfə olaraq harada yaranması isə bir az mübahisəli məsələdir. Bəziləri onun qədim Misirdə meydana gəldiyi iddiasındadırlar. Bu iddianı isə ölkədə aşkarlanan bir tapıntıda çiyinə atılmış, sosial statusu müəyyənləşdirən həndəsi fiqur formasında parça kəsiyi ilə əsaslandırmağa çalışırlar. Bəziləri isə ilk qalstukları qədim çinlilərin bağladıqları qənaətindədirlər. Bunu imperator Şi Xuan Dinin müasir qalstuka bənzər aksessuar taxması ilə əlaqələndirirlər. Hərçənd ki, həmin qalstuklar müasir xələflərindən xeyli fərqlənirdilər, düyün vurulmur konkret məna kəsb edirdi. Amma ilk qalstuklar barəsində bir maraqlı versiya da var. Belə ki, keçmiş zamanlarda edam əsnasında ölüm hökmü ləğv edilən, əfv olunmuş insan boynunda qırılmış kəndir gəzdirir onu bəxtigətirmiş hesab edirdilər. Bəlkə elə buna görə kişilər nədənsə sıxılanda instinktiv olaraq qalstuku boşaltmağa əl atırlar.

Hazırda qalstuk uğur mənasını ifadə edir. Yüksək vəzifə sahibləri mütləq kişi qarderobunun bu atributundan istifadə edirlər. Ancaq təkcə qalstukun varlığı deyil, onun necə bağlanması da kişinin həyat tərzindən xəbər verir. Məsələn, "deputat düyünü"nün vurulmasının çətinliyi şəxsin vəzifəsinin yuxarı olmasından xəbər verir. Leninin pioner qalstukunu "Herakl düyünü" formasında bağlaması da təsadüfi deyil. Çünki bu, mənəvi gücü bildirir. Kişinin qalstukunun uzunluğundan onun evli, yaxud subay olmasını müəyyən etmək olar. Odur ki, qalstukunuzu bağlayarkən bunu mütləq nəzərə alın. Unutmayın ki, bu aksessuar həyatınızda böyük rol oynaya bilər.

 

Onlara hətta "şəxsiyyət" statusu da verilib...

Təbiətin qeyri-adi canlılarından biri delfinlərdir. Yer üzünün demək olar ki, ən ağıllı heyvanı hesab edilən bu heyvanlar suda yaşadıqlarına baxmayaraq, balıqlara deyil, insanlara daha yaxındır. Bəlkə elə bu səbəbdən Hindistan hökuməti delfinləri heyvanların siyahısından silərək onlara "şəxsiyyət" statusunu vermişdir.

Balıqlardan fərqli olaraq övladlarını insanlar kimi dünyaya gətirən delfinlər balalarını südlə bəsləyirlər. Delfinlərin beyninin çəkisi 1700 qram təşkil edir, insanlarınkı isə 1400 qramdır. Doğrudur, ağırlıq heç nəyi həll etməsə , aparılan araşdırmalar göstərmişdir ki, delfinlərin beynində sinir hüceyrələri insana nisbətən daha çoxdur.

Hətta araşdırmalar nəticəsində məlum olub ki, öz aralarında fitə bənzər siqnallarla ünsiyyət quran bu heyvanlar dünyaya gəldikləri zaman anaları tərəfindən verilmiş adlara sahibdirlər. Belə ki, dişi delfin öz bala delfinlərinə müxtəlif siqnalların köməkliyi ilə adlar təyin edir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə alimlər müəyyən etmişdilər ki, delfinlər öz növünün digər nümayəndəsinin dərdinə şərik ola bilirlər. Məsələn, müşahidələr göstərir ki, ölmüş üzvlərin meyitlərindən ayrılmaq istəməyən delfinlər hətta bir müddət əzab da çəkirlər. Yeri gəlmişkən onların başqa bir bacarıqları da var. Belə ki, bu heyvanlar zədə aldıqları zaman qan itirmir, mikroba yoluxmurlar. Bunun əksinə, özlərini sürətlə bərpa edirlər. Ən maraqlısı isə odur ki, yaralı delfini sağlam bir delfinlə müqayisə etdiyimiz zaman hərəkət davranışlarda heç bir fərqə rast gəlinmir. Məhz buna görə delfinlərin sinir sisteminin ağrı hissini blok etdiyi güman edilir. Həmçinin çox sosial olan delfinlər gələcəkləri haqda da düşünürlər. Özlərini güzgüdə tanımaqla yanaşı, öz bədənlərini maraqla izləyə bilirlər.

 

Sən demə, Leonardo da Vinçi...

Bu yaxınlarda intibah dövrünün ən parlaq nümayəndəsi, məşhur rəssam Leonardo da Vinçinin anasının əslən Qafqazdan olduğu məlum olub. Belə ki, italiyalı alim, yazıçı Karlo Veççe Vinçinin süd anasının çərkəz qızı olduğunu iddia edir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, alim bu faktları Florensiyadakı dövlət arxivlərində tədqiqat apararkən tapıb. Arxivdə Leonardonun anadan olmasından yarım il öncə, yəni 1452-ci ildə qul çərkəz qızının azad edilməsinə dair sənəd tapılıb. Bu öz dövrünün notarial aktı sayıla bilər. Sənəddə qeyd edilir ki, azad olunan çərkəz qadın Katerina Qafqazda yaşayan çərkəz knyazı Yakovun qızı imiş. Sənədi kəniz qadının ağası, Vinçinin atası Pyero da Vinçi imzalayıb.

Alimin iddiasına görə, Katerina Florensiyaya Venesiyadan qul kimi gətirilib. O, toxuculuqla məşğul olur muzdlu süd anası kimi varlı ailələrə qulluq göstərirmiş. Buradan da aydın olur ki, böyük rəssam onun ilk övladı olmayıb.

Qeyd edək ki, professor Veççe İta

liyanın Şərq Universitetində işləyir. O, Vinçinin həyat yaradıcılığını araşdıran ən nüfuzlu mənbə mütəxəssis hesab olunur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".