Azərbaycanın İsrailin hərbi sənaye kompleksi ilə mövcud əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
Digər xəbərlər

Azərbaycanın İsrailin hərbi sənaye kompleksi ilə mövcud əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb

"ADEX-2022" Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyevin İsrailin Müdafiə Nazirliyinin Sibat təşkilatının rəhbəri Yair Kulas ilə görüşü olub.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a məlumat verilib.

Görüş çərçivəsində İsrailin hərbi sənaye kompleksi ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bu sahədə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.

AZƏRTAC